“İran qalib olacaq, yoxsa, ABŞ-İsrail tərəfi?”- Siyasətçidən şərh
12 Mart 2026, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1312
12.01.2026, 18:00
Hər zaman erməniləri “doğma qardaş” gözündə görən, onları Azərbaycana qarşı müdafiə edən Kremlin təbliğatçı, teleaparıcı Solovyov bu dəfə adətinin əksinə gedib. Beləki, o Ermənistan və və Orta Asiya ilə bağlı açıq hədələrə keçib və hətta ölkəyə qoşun yeridilməsi ehtimalını gündəmə gətirib. Bunun müqabilində ermənilər də etiraz ediblər və hazırda 2013-cü ildə “iki xalq arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə”Solovyova təqdim edimiş “Şərəf” ordeni geri tələb edirlər.
Siyasi şərhçi, “Demokratik Azərbaycan Naminə” İctimai Birliyin (DANİB) sədri Elməddin Behbud məsələ ilə bağlı Oxu24.com suallarını cavablandırıb:
- Elməddin bəy, maraqlıdır, hər zaman ermənilərə xüsusi diqqət və sevgisi ilə seçilən rusiyalı teleaparıcıya qəflətən nə oldu ki, qardaşlarına “silahlı hücum”a keçir?
- Kremlin ən çoxsimalı və idbar təbliğatçılarından olan Vladimir Solovyov vaxtaşırı olaraq müxtəlif postsovet ölkələrinin ərazi bütövlüyünü və suverenliyini mübahisələndirməyə çalışır. Solovyov Nikol Paşinyana xüsusi "məhəbbəti"ni isə heç zaman gizlətmir.
- Yadımdadır, Paşinyanı istehza ilə “efendi” (yəni türk bəyi) adlandırmışdı.
-Bəli... Erməni Apostol Kilsəsini müdafiə edən və Paşinyan hökumətini hədələyən Solovyov cari ilin yayında keçiriləcək parlament seçkilərində Rusiyanın yeni siması olduğu iddia olunan milyarder Samvel Karapetyan haqqında da təriflər yağdırır.
Ermənistan Baş nazirinə ünvanladığı təhqirlərlə kifayətlənməyən Kremlin təbliğat ruporu Nikol Paşinyanı “Turkol” adlandırır. Bu cəhətdən Solovyovun qarşıdakı həlledici seçkilər ərəfəsində rəsmi İrəvana təzyiqləri artırmaq üçün Rusiyanın Ermənistanı işğal etməli olduğu fikrini gündəmdə saxlamağa çalışması həyasızlıq olsa da təəccüblü deyil.
- Xatırlayırsınızsa, dəfələrlə Azərbaycana hərbə-zorba gəlib . Hətta 2023-cü Ukraynaya hərbi yardım göndərən İtaliyanı hədələdi və pafosla bildirdi ki, rus ayısı xəbərdarlıq etmədən hücum edir və onu dayandırmaq çətindir. Əlbəttə, Solovyovun təhdidləri ilk deyil və heç təəccüblü də deyil...
-Hesab edirəm ki, yazın sonlarından başlayaraq Ermənistanda növbəti parlament seçkisinin real qalibinin hansı siyasi qüvvə olacağı aydınlaşacaq.
- Sizcə, hansı partiya qalib ola bilər?
-Böyük ehtimal Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası yenidən seçkidə qalib gələcək. Belə olacağı halda Rusiya artıq təhdidlərin işə yaramadığını və erməni xalqının instrument kimi istifadə olunmaqdan bezdiyini qəbul edib diskursunu "işğal", " xüsusi əməliyyat" və s. kimi ifadələrdən təmizləməyə məcbur olacaq.
-Solovyov eyni zamanda Orta Asiyanı da hədələyib? Orada hədəf kimdir?
-Rusiyanın Mərkəzi Asiyaya hərbi müdaxilə imkanı yüksək olsa da, hələ ki, buna real zəmin yoxdur. Çünki Mərkəzi Asiya dövlətləri Rusiya ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda (KKTT, MDB, Avrasiya İttifaqı və s.) çox yaxından əməkdaşlıq edir və onun maraqlarını təmin edirlər. Burada əlbəttə ki, Kremlin əsas hədəfi Düma üzvləri və ictimai institut rəhbərləri vasitəsi ilə daim hədələlər ünvanladığı Qazaxıstandır. Ancaq Qazaxıstanın çevik və çoxvektorlu siyasəti bu planları neytrallaşdırmaq gücündədir.
- Elməddin bəy, geniş izaha görə, sizə oxucularımız adından təşəkkür edirik.
Həmçinin oxuyun
Oxucularımıza onu da xatırladaq ki, 2 il əvvəl “Ermənistan Televiziya və Radio Verilişləri Şəbəkəsi” “RTR-PLANE” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif proqramlarının Ermənistan Respublikası ərazisində yayımını əngəlləyib. Bu da bir yandan Solovyova acı verib.
Əntiqə Rəşid
14:31 / 14 Mart 2026
826
11:49 / 14 Mart 2026
329
11:31 / 14 Mart 2026
1422
10:04 / 14 Mart 2026
285
09:51 / 14 Mart 2026
102
09:49 / 14 Mart 2026
195
09:48 / 14 Mart 2026
224
09:45 / 14 Mart 2026
222
00:07 / 14 Mart 2026
2166
23:57 / 13 Mart 2026
27817
23:55 / 13 Mart 2026
401
22:32 / 13 Mart 2026
192
22:29 / 13 Mart 2026
170
21:42 / 13 Mart 2026
568
21:37 / 13 Mart 2026
479
21:26 / 13 Mart 2026
897
21:22 / 13 Mart 2026
298
21:14 / 13 Mart 2026
1849
20:54 / 13 Mart 2026
159
20:25 / 13 Mart 2026
150
20:04 / 13 Mart 2026
6723
19:41 / 13 Mart 2026
248
19:30 / 13 Mart 2026
780
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.