Şagirdləri ilə xizək sürür,selfi çəkdirir,ad günü qeyd edir — Şəhərdə oxuyub, ucqar kənddə dərs deyən müəllimin HƏYATI
28 Yanvar 2026, 14:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1481
08.01.2026, 14:12
"İraqdan gətirilən silahlı qruplaşmalar, üsyançıları susdura biləcək"-Siyasi şərhçi gizlinləri açdı
Hazırda İran kütləvi etiraz aksiyalarını yatırtmaq üçün son çarələrə baş vurur. Beləki, İran hökuməti İraqdan özünə bağlı silahlı qüvvələrin ölkəyə gətirilməsini sürətləndirib.
Məlumatlarda deyilir ki, "Kətaib Hizbullah", "Hərəkət-i Əlnücəba", "Seyydi əl-Şühəda" və "Bədr" silalı qruplaşmalarının 800 üzvü İrana keçib.
Bu mənzərədən sonra bir sual düşündürücü olur:”Görəsən, İran hökümətinin sonuncu “çarə”sinin etiraz aksiyalarını yatırmağa gücü çatacaqmı?
Siyasi şərhçi Müşfiq Abdulla Oxu24.com-un bu mövzuda olan suallarını cavablandırır:
-İran niyə qarışdı?Etiraz aksiyaları niyə bu həddə çatdı?
- İranda baş verənlər spontan (Heç bir kənar təsir olmadan, öz-özünə, qəfil və düşünülməmiş şəkildə baş verən hərəkət, hadisə və ya reaksiya deməkdir; red-Ə.R.) xarakterli olsa da, bu aksiya məqsədyönlü və genişəhatəli bir prosesdir. Bu baxımdan da İranda hakim teokratik rejimin çökəcəyi, devriləcəyi və dünyəvi dövlətin bərpa olunacağı ilə bağlı proqnozlar getdikcə artmaqdadır.
Həmçinin oxuyun
Bunu zəruri edən səbəblərdən biri İranda sahibkarların da aksiyaya qoşulmasıdır. Tarixən də məlumdur ki, bütün üsyan və inqilabların hərəkətverici qüvvələri sahibkarlar təbəqəsi, tacirlər, imkanlı şəxslər olub.
Əvvəlcə , İran rialının ABŞ dolları qarşısında ucuzlaşması, dəyər itirməsi, əvvəl xırda-orta sahibkarların, sonra isə iri sahibkarları etiraza qalxması ölkədə hakimiyyət dəyişməsi üçün ciddi səbəb yaradıb. Artıq Tehran bazarı bağlanıb, Təbriz bazarındakı sahibkarlar da bazarı bağlayıb tətilə çıxdılar. Göründüyü kimi xalq mütəşəkkil birləşərək etiaz edir və rejimin dəyişilməsini tələb edir. Maraqlı məqam burasıdır ki, əslində xalq əvvəlki illərdəki kimi tələbini hakimiyyətdən daha çox dini rəhbərlərə ünvanlayır. Xalqın hədəfində xüsusən, İranın hazırkı dini rəhbəri Ayətullah Əli Xamenei və onun komandasıdır. - Bəli, dini rəhbərliyə olan nifrət İran Prezidenti Masud Pezeşkiana və onun komandasına qarşı yoxdur ?Niyə?
-Pezeşkian hökümətinin xalqla qarşıdurmadan çəkinməsi, daha çox danışıqlar tərəfdarı kimi çıxış etməsi, neytral mövqe sərgiləməsi molla rejiminin əlini zəiflədən diğər amildir.
-Niyə rəhbərlik xalqın etiraz səsini kəsmək üçün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) köməyi ilə yox, İraqdan gətirilən silahlı qüvvələrin köməyindən istifadə edir. Məqsədi nədir?
-2025-ci il, iyun ayında İran-İsrail arasında baş verən 12 günlük müharibədə SEPAH rəhbərliyi məhv edildi, gücdən salındı, hərbi bazaları dağıdıldı. Sonuncu etiraz aksiyalarına qədər ölkədə nə qədər etiraz aksiyası baş vermişdisə, onun hamısını SEPAH yatırtmışdı. Hazırda məhz buna görə də rejim gücünü itirib, siyasi balans, siyasi tarazlıq rejim əleyhinə dəyişir. Üstəlik dini rəhbərlik daxildəki güc strukturlarına da artıq inanmır, çünki baş vermiş iqdisadi çöküş bütün təbəqələrə, eyni zamanda güc strukturlarına ciddi və mənfi təsir edib. İndi xaricdən gətirilən silahlıların üsyanı yatırtmağa gücü çata biləcəyini və yaxud əksini də demək olmur. Çünki burda da bəzi amillər var. Birinci üsyanın lideri yoxdur ki, üsyanı idarə etsin, ikinsi isə İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu, mühacirətdə yaşayan Rza Pəhləvinin yenidən İrana şah gəlməsi iddiası var. Bu səbəbdən üsyançılar arasında qarşıdurma yarana bilər. Ümumiyyətlə, hələlik kütləvi etiraz aksiyaları bütün gücü ilə davam edir və aksiyalar başlayandan üsyançılar tərəfindən 27 vilayətin 89 şəhərini əhatə edib, indiyədək azı 1200 nəfər saxlanılıb.
Etirazlarda ölənlərin sayı isə 38-ə çatıb. Əgər bura qədər etirazçılar mütəşəkkildirsə, ümid edək ki, silahlı qrupların da onlara gücü çatmayacaq.
- Müşfiq müəllim, geniş və əhatəli müsahibəyə görə təşəkkür edirik.
Müsahibəni apardı: Əntiqə Rəşid
13:18 / 29 Yanvar 2026
1
13:14 / 29 Yanvar 2026
13
13:11 / 29 Yanvar 2026
19
13:07 / 29 Yanvar 2026
17
13:03 / 29 Yanvar 2026
48
12:47 / 29 Yanvar 2026
22
12:33 / 29 Yanvar 2026
272
12:15 / 29 Yanvar 2026
223
12:04 / 29 Yanvar 2026
78
11:49 / 29 Yanvar 2026
818
11:44 / 29 Yanvar 2026
46
11:21 / 29 Yanvar 2026
433
11:05 / 29 Yanvar 2026
578
11:04 / 29 Yanvar 2026
88
10:43 / 29 Yanvar 2026
85
10:32 / 29 Yanvar 2026
311
10:24 / 29 Yanvar 2026
67
10:23 / 29 Yanvar 2026
59
10:09 / 29 Yanvar 2026
265
10:03 / 29 Yanvar 2026
77
09:36 / 29 Yanvar 2026
120
09:35 / 29 Yanvar 2026
123
08:33 / 29 Yanvar 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.