Qaynar xətt:

(+99450) 247 90 86

Politoloq gizlinləri AÇIQLADI: Rusiya son olaylardan hansı nəticəni çıxarıb?   —   DÜNYA GÜNDƏMİ 

news/2026_01_05/whatsapp_image_2026_01_05_at_185157_1767625092.jpeg

MÜSAHİBƏ

714

05.01.2026, 18:52

 Politoloq:"Nə Rusiya, nə Çin ABŞ-a qarşı əks hərəkətə cürət etməyəcək, çünki ..."

ABŞ-ın   Venesuelanın paytaxtı Karakasa zərbələr endirdikdən, xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-yə  aparmasından sonra dünyanın gözü -qulağı bu iki ölkədədir.

İndi vəziyyət necə olacaq? Tramp hədəfindəki Kuba, Meksika, Danimarka və Kolumbiyaya  qarşı  hərbi əməliyyatlar başladacaqmı? Daha sonra bəşəriyyət hansı sürprizlə üzləşəcək?

 Oxu24.com -un suallarını   politoloq Məhəmməd Əsədullazdə cavablandırır:

- Məhəmməd bəy,Siz bu hadisəni necə xarakterizə edirsiniz? ABŞ haqlıydımı?

- Dünyanın diqqətini, fikirlərini  hazırda ən çox məşğul edən bu olaydır. Baxmayaraq ki, planetin bir çox ölkəsində yaşayan venesuelalılar Prezident Nikolas Maduro rejiminin süqutunu qeyd edirlər, amma bu  bir ölkənin süverenliyinin pozulmasıdır. Bu bölgədə geopolitik oyunların getməsi heç kəsə gizli deyil.  Amma nəzərə alsaq ki, Venesuelanın  uzun illərdir Rusiya ilə silah ticarəti və siyasi əlaqələr, Çinlə isə daha geniş iqtisadi əməkdaşlıq mövcud idi. Və bu münasibətlər ABŞ prezidentini " Monro doktrinası"nı işə salmağa məcbur etdi. (  Monro doktrinası" -202 il əvvəl ABŞ prezidenti postunda oturan C.Monro eynilə Tramp kimi "Amerikalılar üçün Amerika" şüarı elan edib, ölkəsinin xarici siyasətinin prinsiplərini müəyyənləşdirib.) Venesuelada bu əməliyyatı keçirməklə o Venesuelanın idarəçiliyini öz əlinə keçirdi , regionun gücü olduğunu sübut etdi. 

- Bildiyimiz kimi, Çin Tayvanı öz ərazisi hesab edir və üzərində nəzarət qurmaq üçün zorakılıqdan istifadəni istisna etməyib. Bu əməliyyatdan sonra Çin də buna bənzər bir qərar həyata keçirə bilərmi? Məsələn,   yeni ilin yeni gününə olan məlumarlara görə, Çin keçirdiyi  “Justice Mission 2025” adlı təlimlər zamanı onlarla raket Tayvana doğru atılıb, həmçinin adanın yaxınlığında çoxsaylı hərbi gəmilər və aviasiya qüvvələri yerləşdirilib.

- Düzdür, Çin Dövlət mediası ABŞ-nin Venesuelaya qanunsuz müdaxiləsindən sonra Tayvana qanuni müdaxilə imkanının yarandığını bildirərək, “Hər şey buna doğru gedir” deyib. Bir çox ölkələr həmçinin   Çin də Donald Trampın əmri ilə atılan bu addımı kəskin pisləyib, Nikolas Maduro və həyat yoldaşının dərhal azadlığa buraxılması tələbini irəli sürüb.  Amma Çinin Tayvanda ABŞ-ın Venesueladakı kimi hərbi əməliyyat aparacağına inanmıram.  Bu əməliyyat, eyni zamanda  ABŞ-ın beynəlxalq müstəvidə nüfuzunu da artırdı. Nə Çin, nə də Rusiya ABŞ-la  qarşı-qarşıya gəlmək, düşmən münasibətdə olmağı istəməz.

- Bəs, Maduronun geri dönmək şansı varmı?

- Qətiyyən! Çünki, Trampın hədəfində  hazırda Meksika, Kanada, Danimarka və Kolumbiya kimi "cəzalandırılacaq" ölkələr var. Onun hədəflərinə çatmadan heç kimi bağışlamayacağı  məlumdur. 

Məlumat  üçün qeyd edək  ki, ABŞ Prezidenti Donald Trampın hədəfdəki ölkələrə müdaxiləsi  aktivdir. Hər an əməliyyat gerçəkləşə bilər. O,  Venesuelaya qarşı həyata keçirilən əməliyyatın nəticələrinə dair mətbuat konfransına çıxış edərək, bu hücumun İkinci Dünya müharibəsindən bəri görülən ən miqyaslı zərbələrdən biri olub-deyərək qürrələnib.

 Əntiqə Rəşid