“İran qalib olacaq, yoxsa, ABŞ-İsrail tərəfi?”- Siyasətçidən şərh
12 Mart 2026, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1358
05.01.2026, 15:19
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin doğum günüdür.
Gələcək nəsillər üçün rəşadət, mərdlik, Vətənə sədaqət timsalı Şirin Mirzəyevin yaratdığı batalyonun kəşfiyyatçısı olmuş Rey Kərimoğlu Oxu24.com- a danışıb:
-Azərbaycan ordusuna öz göstərdiyi misilsiz xidmətlərlə yaddaşlara əbədi həkk olan Şirin Mirzəyev Azərbaycan dövlətinin milli ordusunun yaradıcılarından biri olub:
”Polkovnik-leytenant 1991-ci ilin avqustda Azərbaycana gəlib. Ordu quruculuğuna isə 1991 -ci ilin 4 sentyabrında başlayıb.
- Siz ilk dəfə komandirinizlə harda tanış oldunuz? Hansı şəraitdə?
- İlk dəfə sentyabrın əvvəlində öz kəndimizdə – Şıxbabalıda gördüm. Sona qədər ona sadiq qalan Kərim Cəlilov və Telman Bağırov onu müşayiət edirdi. Ş.Mirzəyev kənd-kənd gəzib, yeni yaradılacaq Azərbaycan Milli Ordusuna ilk könüllü əsgərləri toplayırdılar. Bu o dövr idi ki, Ağdamın Mərzili, Abdal-Gülablı, Şıxbabalı-Muğanlı, Şelli, Əhmədavar-Çuxur Məhlə, Əlağalı, Cinli, Qalayçılar, Papravənd kəndləri erməni hədəfində olan kəndlər idi. Ermənilərin tez-tez bu kəndlərə silahlı basqınları olurdu. Bax o arada Şirin Mirzəyev öz yaxın adamları ilə bu kəndlərə səfər edib, könüllülər toplayırdı. Bu kəndlərin ən mərd, dəliqanlı, qoçaq oğlanları qoşulurdu könüllü dəstələrə. Mənim orduya yazılmağım da bu dövrə təsadüf edir.
-Könüllülər taboruna yazıldıqdan sonra orada nələr baş verdi?
-Təxminən mindən artıq insan müraciət etmişdi. Hamı döyüşmək, torpaqlarımızın müdafiəsində yaxından iştirak etmək istəyirdi. Amma Ş.Mirzəyev onlardan yalnız 520 ya da 530-nu ilk yaratdığı hərbi hissəyə qəbul etdi.
Batalyon formalaşmağa başlayandan sonra, ayın 11-də isə böyük toplantımız olub. Sentyabrın sonunda bizə hərbi geyim verdilər. Ağdamın Xaçın-Dərbənd kəndində sürücülük məktəbinin bazasında taborumuzun qərargahı yerləşirdi. Bu qərargahda təlimlər keçir, burdan döyüşlərə, kəşfiyyata yollanırdıq. Beləliklə, 1992-ci ilin martından batalyon alay oldu və Azərbaycan Milli Ordusunun ilk qaranquşu sayılan 836 saylı Ağdam Ərazi Əlahiddə Özününmüdafiə alayı belə yarandı.
Həmçinin oxuyun
- Batalyon təkcə Ağdamı müdafiə etmək üçün yaradılmışdı?
- Ağdamda milli ordumuzun yaradılması işinə son dərəcə çətin bir vaxtda - respublikmızı xaos və anarxiyanın bürüdüyü bir zamanda başladı. Çətinliklərimiz çox idi, buna baxmayaraq döyüş əzmimizi yüksəldən vətən torpaqlarımızın azadlığı və sərkərdəmiz Şirin Mirzəyevin bacarıqı, cəsarəti idi. Odur ki, alayımız Ağdam rayonunun kəndlərini müdafiə etməklə yanaşı, 1992-ci ilin fevral ayının 8-də Əsgəran rayonunun Fərrux kəndini, həmin ilin mart ayının 4-də Ağdərə rayonunun Qazançı kəndini, may ayın 10-da Əsgəran rayonunun Naxçıvannik, Pircamal, Dəhraz və Ağbulaq kəndlərini, iyun ayının 12-də Ağdərə rayonunun Qazançı, Bəşirlər, Qaralar, Sırxavənd və Ballıqaya kəndlərini erməni işğalçılarından azad etmişdi. Ümumiyyətlə, batalyonumuz yaranandan sonra xeyli döyüş əməliyyatları oldu ki, bu da torpaqlarımızın həm düşməndən azad olunmasında, həm də müdafiəsində, həm də hərb tariximizdə mühüm mövqe hesab olunurdu.
-Bu gün Milli Qəhrəman Şirin Mirzəyevin azad görmək arzusunda olduğu , canını qurban verdiyi Qarabağ düşməndən tamamilə azad olub. Əgər Allah bir anlığına sizə komandirinizlə danışmaq üçün 1 dəqiqəlik fürsət versəydi ona nə deyərdiniz?
-Çox ağır sual oldu, həm də heç kim belə bir sual verməmişdi mənə....(xeyli pauza)... Amma o fürsət əlimə keçsəydi sevinclə onu qucaqlayardım, deyərdim ki, komandir, gözün aydın olsun, ata-baba yurdun Şuşanın Mirzələr kəndi də, təhsil aldığın Xankəndi də, uğrunda ölümə getdiyin Ağdam da, bütün Qarabağ da azaddır! Bizə 35 ildir örnək olan sərkərdəmiz, ruhun şad olsun! Bütün şəhidlərimizin də ruhu şad olsun! Biz sizi heç vaxt unutmuruq, unutmarıq...
-Hörmətli qazimiz, 836 saylı hərbi hissənin kəşfiyyatçısı Rey Kərimoğlu, Allah sizə və bütün qazilərimizə sağlam can, uzun ömür versin! Versin ki, siz də belə igidlərin xatirəsini gənclərə, gələcək nəslə təbliğ edin, şahidi olduğunuz qəhrəmanlıqları danışmaqla başqalarını da Şirin Mirzəyevi örnək seçməyə həvəsləndirin !
Xatırladaq ki, əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açıb. 1965-ci ildə Xankəndindəki 4 nömrəli beynəlmiləl orta məktəbi bitirir. 1966-cı ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Xidmət Qoşunlarının 5456 saylı hərbi hissəsində xidmətə başlayır, 1967-ci ildə oradan SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbinə göndərilir. 1971-ci ildə həmin ali məktəbi bitirərək 20 il SSRİ Daxili İşlər Nazirliyi Daxili Xəidmət Qoşunlarının müxtəlif hissələrində xidmət edir. 1990-cı ilin oktyabr ayında polkovnik-leytenant rütbəsi alır. 1991-ci ilin əvvələrində sovet ordusunda xidmətdən imtina edir.
18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Müsahibəni apardı: Əntiqə Rəşid
01:28 / 30 Mart 2026
1
01:10 / 30 Mart 2026
65
00:47 / 30 Mart 2026
71
00:30 / 30 Mart 2026
140
00:17 / 30 Mart 2026
168
00:13 / 30 Mart 2026
180
23:57 / 29 Mart 2026
140
23:47 / 29 Mart 2026
149
23:34 / 29 Mart 2026
184
23:15 / 29 Mart 2026
100
22:53 / 29 Mart 2026
136
22:42 / 29 Mart 2026
95
22:11 / 29 Mart 2026
113
21:59 / 29 Mart 2026
90
21:37 / 29 Mart 2026
135
21:26 / 29 Mart 2026
243
21:09 / 29 Mart 2026
273
20:52 / 29 Mart 2026
245
20:42 / 29 Mart 2026
219
20:23 / 29 Mart 2026
146
20:09 / 29 Mart 2026
154
19:53 / 29 Mart 2026
86
19:40 / 29 Mart 2026
567
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.