"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
6903
03.01.2026, 13:59
"Mənfəətlər dövriyyədəykən, 2026-ci ilin "sülh ili" olması..."- Hərbi ekspert ilə MÜSAHİBƏ
Rusiya- Ukrayna müharibəsi başladığı tarixdən politoloq və hərbi ekspertlər dəfələrlə müharibənin tezliklə bitməsi ilə bağlı proqnozlar veriblər və təəssüf ki, o proqnozların heç biri özünü doğrultmayıb.
Amma dekabr ayının ikinci ongünlüyündə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh razılaşması barədə Kiyevdə çıxışı zamanı dedi ki, hələlik belə bir razılaşma yoxdur və olmaya da bilər.
“Bəs sülh nə vaxt bərqərar ola bilər, ümumiyyətlə, Rusiyanı dayandıracaq bir qüvvə mövcuddurmu?Ola bilərmi ki, Rusiyanın sürpriz ”atəşkəs” qərarı reallaşsın?”
Oxu24.com mövzu ilə bağlı hərbi ekspert, polkovnik Rövşən Məhərrəmovla müsahibə aparıb.
Sözügedən müsahibəni təqdim edirik:
- Cənab polkovnik, Zelenski niyə net şəkildə dedi ki, sülh yoxdur və olmaya bilər?Halbuki, ABŞ administrasiyasının bu məqsədə yönəlmiş cəhdləri var. Bunu necə xarakterizə edirsiniz?
-Ötən ilin noyabrında Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq üçün təklif etdiyi "sülh şərtləri" dünya ictimaiyyətində bir qəzəb hissi yaratdı. Çünki bu şərtlər faktiki olaraq Ukraynanın kapitulyasiyası anlamına gəlirdi. Bu isə nə ABŞ-a, nə Qərb ölkələrinə, nə hazırda Rusiya işğalını növbəti qurbanı ola biləcək kiçik dövlətlərə, nə də Ukraynaya sərf etmədi. Bu "sülh şərtləri" Rusiyaya təcavüzü mükafatlandıracaq, işğalı qanuniləşdirəcək və Kremlə Ukraynanın gələcəyi ilə bağlı veto hüququ verəcəyini dəstəkləyirdi. Artıq dünya Putinin “sülhü”nün nə olduğunu bildi və bu işğalçı düşüncəyə bir daha nifrətini bildirdi.
- Zelenski məhz bu “sülh şərtləri”ndən sonra məlum fikirləri dedi?
- Bilirsiniz, ABŞ istəsə bu müharibəni tez bir zamanda dayandıra bilər. Amma onun özünün “çıxarları”, mənfəəti Ukrayna tərəfindən təmin edilməyib və ABŞ o mənfəəti götürmədən müharibə bitməyəcək.
-Siz yəqin ki, ötən ilin fevralında gündəmi zəbt edən mövzunu işarə edirsiniz?
– Bəli, Ukrayna, titan, uran, boksit, qrafit, kaliy duzları kimi strateji minerallara, nadir torpaq metallarının və digər qiymətli mineralların ehtiyatlarına sahibdir. ABŞ-ın , Ukraynanın mineral ehtiyatlarına marağı var və minerallara şərik olmaq müqabilində iqtisadi və hərbi yardım təklif etdi. Ukrayna ABŞ-ın bu təklifini rədd edən kimi Tramp elan etdi ki, Ukraynaya təhlükəsizlik zəmanətini Avropa verməlidir. Elə həmin vaxtdan ABŞ Ukraynaya birbaşa silah verməyi dayandırdı. Artıq NATO-ya üzv dövlətlər ABŞ-dan Ukrayna üçün silah almaq məcburiyyətində qaldı. Yəni, bu qanlı müharibədə mənafe güdülməsə sülh olacaq.
-ABŞ belə performansı Rusiyanı yeni ərazilər tutmağa həvəsləndirdi...
– Bəli elə bu səbəb yetərli oldu ki, Rusiya döyüş əməliyyatlarının dayandırılması üçün Ukraynaya şərt qoydu. Daha dəqiq,
29 dekabrda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələri Donbasdan – regionun inzibati sərhədlərindən kənara çəkilməlidir.
-Ukrayna Ordusunun bu qərara gəlməsini Rusiya çoxdan istəyir və bunun üçün Ukrayna ərazisinə “İsgəndər” raketi və digər ballistik raketlər atmaqda israrlı olduğunu göstərir.
– Amma Ukrayna da Rusiyanın hücumlarına hələki cavab verməyi bacarır. Yeni ildən bir neçə gün əvvəl Novqorod vilayətində Rusiya prezidentinin dövlət iqamətgahına Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə hücum cəhdini yəqin ki xatırlayırsınız.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, hücumda 91 pilotsuz uçuş aparatı iştirak edib.
-Bu hadisə , Rusiyanın dediyi kimi bu “terror aktı” gələcəyə hesablanmış “sülh danışıqları”na zərbə vurmur?
– Təbii ki, yaxın gələcəkdə sülhün olmayacağı zatən göz qabağındadır. Amma Rusiyanın dron hücumunu “ tereakt” adlandırması əslində daha geniş planla işğalçılıq əməlləri aparmasına xidmət edir. Elə Ukrayna rəsmiləri də belə düşünür ki, Rusiya sülh danışıqlarını bloklamaq üçün Putinin iqamətgahına hücum barədə yalan danışır.
-Cənab polkovnik, verdiyiniz maraqlı məlumatlara və geniş müsahibəyə görə təşəkkür edirik. Eyni zamanda oxucularımıza mövzu ilə bağlı bir xəbəri də çatdırırıq: Bu günlərdə Polşanın Baş naziri Donald Tusk deyib ki, Ukrayna-Rusiya sülh danışıqları hələ finaldan çox uzaqdır:”“Avropa liderləri ilə gecə danışıqlarından sonra bir şey dəqiqdir: Rusiya bizi parçalamağa və sülh şərtlərini diktə etməyə müvəffəq olsa, Qərb və Ukrayna bu qarşıdurmanı uduzacaq. ABŞ-ın təhlükəsizlik zəmanətlərində iştirakına dair bəyannamə bir uğurdur, lakin danışıqlar hələ finaldan uzaqdır”.
Əntiqə Rəşid
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.