Qaynar xətt:

(+99450) 247 90 86

Sarkisyan istefasının səbəbini açıqladı

Sarkisyan istefasının səbəbini açıqladı

MARAQLI

427

23.01.2022, 21:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xəbər verdiyimiz kimi, Ermənisan Prezidenti Armen Sarkisyan istefa verib.
“Oxu24.com” erməni KİV-lərinə istinadən xəbər verir ki, o istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib. Sarkisyan qeyd edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur.
Onun sözlərinə görə, Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil. O əlavə edib ki, o, konstitusiya islahatlarının aparılmasını təklif edib, bunun mənası qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sisteminin yaradılmasıdır. “Mən şadam ki, Konstitusiya islahatları komissiyası yaradılıb və buna görə hökumətə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sonda konstitusiya dəyişiklikləri baş verəcək və növbəti prezident və prezident institutu daha balanslı və koordinasiyalı mühitdə işləyə biləcək” - Sarkisyan bildirib.