Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6370
az

Dünyaca məşhur robort AZƏRBAYCANDA - FOTOLAR

16:3323 Oktyabr, 2018
768
MARAQLI
  • A
Dünyanın tanınmış robotu Sofiya "ASAN Xidmət" mərkəzinə gəlib. O, ASAN Xidmətə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib.

oxu24.com  xəbər verir ki, Sofiya robotu dünyada ilk süni intellekt humanoid robotudur. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilər. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir. Sofiya robotu bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, məşhur aktyorlar və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramları və teledebatlarda iştirak edib.

Sofiya robotu ölkəmizdə ilk dəfə olaraq 22 oktyabrda İmişli "ASAN Həyat" kompleksinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

"ASAN Xidmət" modeli ilə tanış olan Sofiya onun rahat, çox müasir və vətəndaşyönümlü olduğunu vurğulayıb. Onun nüfuzundan istifadə edərək keçirəcəyi görüşlərdə, beynəlxalq tədbirlərdə bu modeli təbliğ etməsi ilə bağlı danışıqlar aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb