Son illər təbii qazın qiyməti artdığı üçün qışda evlərimizi isitmək baha başa gəlir. Həm qaza qənaət edib, həm də evləri isti saxlamaq mümkündürmü? Bəli, mümkündür.
İndi təqdim edəcəyimiz üsulları siz də etsəniz, qaza qənaət edərək, evlərinizi isti saxlaya biləcəksiniz. Diqqət ekrana.
Bir bax kanalındasınız dəyərli izləyicilər. Aşağıda yerləşən bəyən düyməsinə basıb, videonu yaxınlarınızla paylaşın ki, hər kəs bu soyuq havada evini isidə bilsin.
1. Alüminium folqa
Radiatorlarda, xüsusən də divar dibində quraşdırılmış olanlarda istilik itkisinin qarşısını almağın ən sadə yollarından biri onların arxasına alüminium folqa yapışdırmaqdır. Enerji məsələləri üzrə mütəxəssis Sophie Neuburg (Sofi Nayboq) həmin materialın istiliyi otağa tərəf əks etdirdiyini deyir. Hətta bunun üçün satışda xüsusi olaraq istehsal olunan folqa da var. əslində bəzi mütəxəssislər keyfiyyətli mətbəx folqasından da istifadə edilə biləcəyini, ancaq xüsusi folqaların daha yaxşı nəticə göstərdiyini bildirir.
2. Qalın pərdələr
Pəncərələrdə istilik itkisinin qarşısını almağın bir üsulu qalın pərdələrdən istifadə etməkdir. Pərdələr nə qədər qalın olsa, bir o qədər yaxşıdır. Lakin yeni pərdəyə pul xərcləmək istəməyənlərə köhnələrin arxasına parça tikməyi tövsiyə edir.
3.Pərdəylə radiator qapatmaq
Radiator pəncərənin altında olan hallarda pərdəni çəkmək məsləhət görülmür, çünki bu, isti havann pərdəylə pəncərə arasında qalmasına səbəb olur. Ev belə olan halda isinmir. Pərdələri radiatorun kənarında saxlamaq, yaxud pəncərənin önünə qaldırıb qoymaq yaxşı variantlar sırasındadır.
4. İkiqat şüşəli pəncərə və alternativlər
İkiqat şüşəli pəncərələr izolyasiya baxımından effektli olsa da, onların quraşdırılması əlavə xərc tətəb edir.
Bunu etmək istəmirsinizsə, daha uyğun alternativlər var. Mütəxəssislər təkqatlı pəncərələrə izolyasiya lenti çəkməyi tövsiyə edir. Onu arxasına yapışqan çəkib saçqurutma maşınını vasitəsilə yapışdırırlar.
Bu üsulun bir mənfi cəhəti var: pəncərəni açmaq üçün tez -tez lenti çıxarmaq lazım gəlir. Əlverişlili tərəfisə odur ki, hər il yeniləmək və ya heç açılmayan pəncərələrə vurmaq olur. Həmçinin Pəncərələrinizin kənarlarında boşluqlar varsa, onları köpük və ya yapışqan süngərlə də qapada bilərsiniz.
5. Baca şarları
Evinizdə kamin varsa, bacasında istilik itkisi olacağını unutmayın. insanların çoxu kaminlərdən qızdırıcı kimi yox, dekorasiya məqsədilə istifadə edir və bu halda bacanın içinə şar yerləşdirməklə istilik itkisinin qarşısını almaq mümkündür.
Amma kamini yandırmaq istəyəndə şarı çıxarmağı unutmayın.
6. Radiatorların təmizliyi
Radiatoru təmizləmək istilik keçiriciliyini yaxşılaşdırır. Onların qarşısına böyük əşyalar qoymamaq da istiliyin otaqda daha səmərəli yayılmasına imkan verir.
7. İstifadə olunmayan otaqlar
Evinizdə istifadə olunmayan otaq varsa, radiatorunu söndürüb qapısını örtülü saxlayın. Bu, soyuq havanın digər otaqlara yayılmasını əngəlləyər.
8. Döşəmənin izolyasiyası
Döşəməyə bir şey salmaq evin istilik izolyasiyasını artırır. İngiltərədəki Milli Enerji Dərnəyinin (NEF) məlumatına görə, istilik itkisinin təqribən 10%-i döşəmələrin payına düşür. Taxta döşəmə bu məsələdə digərlərindən daha effektli olsa da, istilik itkisinin qarşısını tam almır. Yerə xalça və ya kilim salmaq izolyasiyanı artırar və ayaqlarınızı daha isti saxlayar.
9. Çardaq qapağı
Çox vaxt insanlar çardaq qapağını izolyasiya etməyi unudurlar. Bu detalı da pəncərələrdə istifadə etdiyiniz yapışqan süngər vasitəsilə izolyasiya edə bilərsiniz.
Damın kirəmitlərində və ya hər hansı başqa örtüyündə qırıqlar olmamasına diqqət edin.
10. İsitmə vaxtı
Yaşlılarla bağlı araşdırmalar aparan İngiltərə qeyri-hökumət təşkilatlarından biri evi yüksək temperaturda tez qızdırmaqdansa, aşağı temperaturda yavaş qızdırmağın daha səmərəli olduğunu açıqlayıb. İstilik mənbəyini gün boyu işlək saxlamağın daha səmərəli olduğu vurğulanıb.
Həmçinin, evinizi elektrik enerjisi ilə qızdırırsınızsa və tariflər saata görə dəyişirsə, istilik cihazınızdan bu enerjinin ən baha olduğu saatlarda istifadə etməməniz faydalı olar.
Oxu24.com
ŞƏRHLƏR