Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6080
az

Azərbaycanda Homoseksuallıq Necə Ortaya Çıxıb? - Tarixi Araşdırma

11:3013 Oktyabr, 2018
7210
MARAQLI
  • A
Təbiət insan övladını eyni yaratmadı: onu cinsinə, boyuna, çəkisinə görə fərqləndirdi. Milyon illər insanı iqlimə və məkana uyğunlaşdırdı, dəyişdirdi. Onlar arasındakı fərqliliklər daha da artdı: dərinin rəngi, gözün forması və.s Bununla da bitmədi. Sinifləşmələr – varlı və kasıb sinifləri, aşağı və yuxarı təbəqələr tarixi formasiyalara görə formalaşdı.

1. Günümüzdə “homoseksuallıq” adlanan, bir kişinin və ya bir qadının öz həmcinsini arzulaması, onu sevə bilməsi kimi fərqli cinsi orientasiya da (yönəlim) bu fərqliliklərdən biri oldu.
 Günümüzdə “homoseksuallıq” adlanan, bir kişinin və ya bir qadının öz həmcinsini arzulaması, onu sevə bilməsi kimi fərqli cinsi orientasiya da (yönəlim) bu fərqliliklərdən biri oldu.
Yaranma tarixi dəqiq məlum olmasa da, bu faktı sübut edən ən qədim maddi nümunə Qədim Misirə aiddir.
Eramızdan əvvəl III minilliyə aid daş üzərində iki gənc oğlanın sevgisini təcəssüm edən şəkil təsvir edilib. İlkin demokratiyanın və mədəniyyətin ana beşiyi hesab edilən Antik Yunan və Roma İmperiyalarında homoseksuallıq geniş kütləni əhatə edirdi. Belə ki, başda imperator və senatorlar olmaqla, dövrün ən istedadlı elm adamları, incəsənət xadimləri homoseksual olmuşlar. Yunan ənənələrinə görə, bədənində hələ tük çıxmamış gənc oğlanlar özlərindən daha yaşlı kişilərlə, əsgərlərlə cinsi əlaqəyə girməli idi.

2. Bu yalnız şəhvət üçün deyil, eyni zamanda gənc oğlanların daha təcrübəli yaşlılardan tərbiyə almasına xidmət edirdi.
Bu yalnız şəhvət üçün deyil, eyni zamanda gənc oğlanların daha təcrübəli yaşlılardan tərbiyə almasına xidmət edirdi.
İmperatorların təm-təraqlı mərasimlərlə həmcinsləriylə evləndiyi Roma cəmiyyətində bu adətlər xristianlığın ölkəyə nüfuz etməsinəcən davam etmişdir.

3. Bəs homoseksuallıq Azərbaycanda necə ortaya çıxdı?

Bəs homoseksuallıq Azərbaycanda necə ortaya çıxdı?
Bildirməliyəm ki, bu mövzuda, təəssüflər olsun ki, ciddi araşdırmalar aparılmamış, mövcud faktlar isə gizlədilmişdir. Bu məqalədə o sirlər açılacaq. Azərbaycan ilkin insan sivilizasiyasının məskənlərindən biri olmuşdur. Bu da onun təbii-coğrafi mövqeyi ilə bağlıdır. Torpaqlarımız əsrlər boyunca dövrün böyük güclərinin tərkibində qalmış, mədəniyyəti, adət-ənənələri dəyişikliklərə məruz qalmışdır.

4. Miladdan əvvəl (e.ə) Azərbaycanda Homoseksuallıq

Miladdan əvvəl (e.ə) Azərbaycanda Homoseksuallıq
Sinfi quruluş formasının yaranışı ilə kiçik dövlətlər qurulmağa başladı. Müasir Azərbaycan torpağı və bu ərazidə yaşayan tayfa və birliklər Mesopatamiya mədəniyyətinə artıq minilliklər boyunca uyğunlaşmışdır. Azərbaycan lullubi, kuti, turukki, kassit, assur, şumer kimi tayfaların məskəni olmuşdur. İlk nəsr poeziyası hesab edilən “Gilqamış” dastanında assurların xalq qəhrəmanı Gilqamışla güclü döyüşçü Enkidu arasındakı əfsanəvi məhəbbətdən söz açılır. Sevgilisi Enkidunun ölümü bu cür təsvir edilir:“Gilqamış özünü yerə çırpır, paltarlarını cırır, saçlarını yolur”. Bu dastan bir müddət sonra bütün yaxın ərazilərdə sürətlə yayılmış, şöhrət qazanmışdır.

5. Azərbaycanda yaşayan kassitlərin qurduğu Babilistan dövləti homoseksuallara münasibətdə çox da sərt deyildi.
Azərbaycanda yaşayan kassitlərin qurduğu Babilistan dövləti homoseksuallara münasibətdə çox da sərt deyildi.
Babilistanın qəddar, eyni zamanda ağıllı hökmdarı Hammurapi qanunlarında belə göstərilir: “Əgər bir kişi digər bir kişiylə yatarsa və bu isbat edilərsə, həmin kişi xədim ediləcək”. Bəzi mənbələrdə, Hammurapinin oğlan sevgililəri olduğu deyilir. Cənubi Azərbaycanda hökmranlıq edən Atropatenada Zərdüştlük dini hakim idi. Eramızdan əvvəl VII əsrdə yaranan Zərdüştlük dinində homoseksuallıq ölümlə cəzalandırılırdı.

Ölkəmizə köç edən skif tayfaları haqqında tarixçi Heradot belə yazırdı: “Skiflərdə qadına bənzər kişilər Afroditin verdiyi istedadla mükəmməl hörgülər hazırlayırdılar”. Digər ədəbiyyatlarda bu ənənənin şamanlardan keçdiyi güman edilir.

6. Romanın Atropatenayla müttəfiqliyi, Qafqaz Albaniyasına isə aramsız yürüşləri və bu ərazini əsarət altına alması, heç şübhəsiz ki, imperator Adrianın öz həmcinsiylə təntənəli şəkildə evləndiyi dövrə təsadüf edir.
Romanın Atropatenayla müttəfiqliyi, Qafqaz Albaniyasına isə aramsız yürüşləri və bu ərazini əsarət altına alması, heç şübhəsiz ki, imperator Adrianın öz həmcinsiylə təntənəli şəkildə evləndiyi dövrə təsadüf edir.
7. Antik yunan və romalıların Azərbaycan ərazisində olduğunu və yaşadığını sübut edən daş salnamələr var.
Antik yunan və romalıların Azərbaycan ərazisində olduğunu və yaşadığını sübut edən daş salnamələr var.
Midiyanın, ardından da Əhəmənilər kimi fars imperiyasının tərkibində olan Azərbaycan ərazisində homoseksualların sayında artış var idi. E.ə IV əsrdə Makedoniyalı İsgəndərin bu torpaqları da imperiyanın tərkibinə qatması homoseksuallığın yayqınlaşmasına səbəb oldu. Filosofların, heykəltaraşların belə gey olduğu Makedoniya krallığının imperiya boyunca yaydığı Ellin mədəniyyəti burada yaşayanlara az təsir etməmişdir. Amma bu o demək deyil ki, İsgəndərə qədər fars torpaqlarında homoseksuallıq olmayıb. Yunan tarixçisi Heradot bu haqda yazırdı; “Fars imperatorlarınln oturduqları saraylarda qadın paltarı geyinmiş gənc, incəbel oğlanlar rəqs edir, insanları əyləndirirlər”. Yəqin ki, çoxunuz Zack Snyder’ın rejissorluğu ilə çəkilən “300 Spartalı” filmində fars imperatoru Daranın oğlu Kserksin yaradılan obrazını xatırlayırsınız.

8. Erkən orta Əsrlər (İslamaqədərki dövr)

Erkən orta Əsrlər (İslamaqədərki dövr)

Qafqaz Albaniyası III əsrdən etibarən xristanlığın təsirinə düşdü. Ölkənin bir hissəində atəşpərəstlik, Romanın vassalı Ərməniyyə torpaqlarına yaxın ərazidə yerləşən Qarabağda isə xristianlıq hakim mövqe tutmağa başladı. Hər iki dinin homoseksuallığı qadağan etməsinə baxmayaraq, bəzi tayfalarda və hakim dairələrdə bu ənənə davam etməkdə idi.Qəbələnin cənubunda, Qarasu və Girdiman çaylarının arasında yerləşən Həcər vilayətində, Movses Kaqankatvatsinin verdiyi məlumata görə homoseksual evliliklər həyata keçirən tayfa yaşayırdı. Bu cür evliliklərə Arşakaşen vilayətində də rast gəlinirdi.

9. Xristianlığın homoseksuallığı lənətləməsinə baxmayaraq, ölkəyə güclü təsiri olan, qonşu Bizans imperatorluğunda homoseksuallıq o qədər yayqın idi ki, J. Bosvelin yazdığına görə, imperator hətta keşişlərin belə bir otaqda yatmasını qadağan edirdi.
Xristianlığın homoseksuallığı lənətləməsinə baxmayaraq, ölkəyə güclü təsiri olan, qonşu Bizans imperatorluğunda homoseksuallıq o qədər yayqın idi ki, J. Bosvelin yazdığına görə, imperator hətta keşişlərin belə bir otaqda yatmasını qadağan edirdi.
Bosvel bir başqa yazısında qeyd edirdi ki, Bizans oğlan fahişələrin (qulların) digər ölkələrə satışını həyata keçirirdi. Heç şübhəsiz ki, Albaniyanı da təsiri altına alan Sasani İmperiyasıyla müharibələrdə bu cür qullar saraylara gətirilirdi. Qullarla passiv əlaqədə olmaq qadağan idi.

Azərbaycanda da güclü təsiri olan Məzdəkilər təriqətinin cinsəllikdə açıq və sərhədsiz olmanı dəstəkləməsi homoseksual münasibətləri də əhatə edirdi.

10. Ərəb istilası dövrü (İslamda homoseksuallıq)

Ərəb istilası dövrü (İslamda homoseksuallıq)
VII əsrdə ərəblər çox böyük ərazidə Xilafət imperiyası – İslam dövləti yaratdı. Artıq Avropanın antik yunan və Roma ənənələrini (kütləvi homoseksuallığı) unutduğu və dar ağaclarının, tonqalların homoseksuallar üçün yandırıldığı bir dönəmdə Şərqdə homoseksuallıq öz intibah dönəminə keçid edirdi. Ərəblərin (bədəvilərin) hələ İslamdan öncəki qadına və qız uşaqlarına olan sərt münasibəti dəyişməmişdi. Sadəcə olaraq, onlar İslam qanunlarına görə daha qız uşaqlarını diri-diri basdırmırdılar. Qadınlar kişilər üçün həddindən artıq erotik varlıq hesab edilir, ona görə də qadının ərindən başqa heç bir kişi hər hansı bir yerini görə bilməzdi.

11. Qadınlar hicabda olmağa məcburdu, evə qonaq gəldiyində isə pərdənin arxasında gizlənməli idi. İki cinsin bir-birindən ayrı salınması nəticəsində kişilər daha çox öz həmcinsləriylə vaxt keçirirdi.
Qadınlar hicabda olmağa məcburdu, evə qonaq gəldiyində isə pərdənin arxasında gizlənməli idi. İki cinsin bir-birindən ayrı salınması nəticəsində kişilər daha çox öz həmcinsləriylə vaxt keçirirdi.
Ərəblərin məşhur “Min bir Gecə” nağıllar silsiləsində homoseksuallıq haqda kifayət qədər çox məlumat var. Dövrün məşhur tarixçisi İsgəndər qadınlar haqda yazırdı:“Ona oxuma-yazma öyrətmə, bu böyük fəlakətdir. Böyüyən kimi onu ərə vermək üçün əlindən gələni et. Bir qız üçün ən yaxşısı heç var olmamaqdır, amma daha doğulubsa, ya ərə verilməli, ya da torpağa basdırılmalıdır”. İsgəndər böyük oğlu üçün yazdığı “Şahzadələr üçün güzgü” əsərində “qadın və ya gənc oğlan olsun, fərqi yoxdur, həzz almağından qalma. Qışda oğlanlarla, yayda isə qadınlarla vaxtını keçir” deyirdi.

12. Xilafətdə xristianlardan can vergisi alınırdı. Vergini verə bilməyən və ya əsir düşən xristianlar qul olaraq satılır, fahişəlik etməyə məcbur edilirdilər.
Xilafətdə xristianlardan can vergisi alınırdı. Vergini verə bilməyən və ya əsir düşən xristianlar qul olaraq satılır, fahişəlik etməyə məcbur edilirdilər.
Təhsilin qadınlara qadağan edildiyi Xilafətdə yalnız oğlanlar dini və dünyəvi dərslər almaq üçün başqa şəhərlərə gedirdilər. Onlar orada mədrəsələrdə dərs alır və orada da yaşayırdılar. Öz müəllimləri ilə bir yerdə yatıb-duran oğlanlar ilkin seks təcrübələrini də burada keçirirdilər.

Xilafətin şərqində (Əfqanıstanda) homoseksuallıq daha da geniş yayılmışdı. Qadın kimi geyinən və sürməli oğlanlar zəngin kişilərin hərəmlərinin bir parçasıydı. Əfqanlar ticari səyahətçilər idi. Karvanlar tamamilə qadın paltarı geyinmiş oğlanlarla dolu idi. Bu ənənə Əfqanıstanda XIX əsrə qədər davam etmişdir.

13. Ərəb təbabəti Qərbdə şöhrət qazanmışdı. Sonradan müsəlmanlığı qəbul edən yəhudi Samau əl ibn Yəhya yazırdı: “Həkimlərin kişilərə qadınlarla münasibətin damla xəstəliyi, basur və erkən qocalma yaratdığını deməsi onları gənc oğlanlara yönəldir”.
Ərəb təbabəti Qərbdə şöhrət qazanmışdı. Sonradan müsəlmanlığı qəbul edən yəhudi Samau əl ibn Yəhya yazırdı: “Həkimlərin kişilərə qadınlarla münasibətin damla xəstəliyi, basur və erkən qocalma yaratdığını deməsi onları gənc oğlanlara yönəldir”.
Ərəblərin hakimiyyətinə qarşı yönəlmiş Xürrəmilər hərəkatı öz ilkin prinsiplərini Məzdəkilər hərəkatından götürmüş daha böyük kütləni təsiri altına ala bilmişdir. Xürrəmilər üsyandan və ərəblərlə döyüşməkdən əlavə, fərqli yaşam tərzləriylə də seçilirdilər. Şəhvətin azad və sərbəst olduğu bu cəmiyyətdə məclislərdə sərxoş olanacan şərablar içilir, toplu sekslər yaşanırdı. Xürrəmi hərəkatının ikinci və sonuncu lideri olan Babək də hərəkatın yaradıcısı Cavidanın ölümüylə onun arvadıyla evlənməsi az qala eyni zamanda baş verir. Homoseksuallığın Xürrəmilərdə mövcudluğu yüksək ehtimaldır. Gərək ki, Babəkin oğlu döyüşməkdənsə keyf məclislərində həzz almağı üstün tutur.

14. IX – XV əsrlər. Saray ədəbiyyatı

IX – XV əsrlər. Saray ədəbiyyatı
Abbasilərin ölkəmizdəki gücünün zəiflədiyi IX-XI əsrlərdə yeni feodal dövlətlər yarandı. Ardından bu torpaqlara səlcuq türkləri axın etdi. Səlcuqlarda homoseksuallıq çox da rastlanan hal deyildi. Böyük Monqol imperiyası dövründə Çingiz xan əhalinin sayını artırmaq məqsədiylə hazırladğı qanunların 48-ci maddəsində “homoseksual münasibətə təşəbbüs edən kişilər öldürülsün” deyirdi.

IX əsrdən etibarən Azərbaycanın da daxil olduğu böyük ərazidə fars dilində saray ədəbiyyatı yarandı. XI əsrdə sirli bir şəkildə ölən teoloq Qəzali və tarixçi-sosioloq İbni Haldun aşiq olduqları oğlanlara şeirlər ithaf etmişlər. Cəlaləddin Rumi, xüsusiylə də Hafiz və Sədi öz şeirlərində açıq şəkildə oğlanlara sevgilərindən bəhs etmişlər. Azərbaycanın dahi şairi Füzuli hamamda onun üzünü təmizləyən bərbərinə qəzəlində sevgili deyə xitab etmiş və “qanımı ülgüclə yerə töksə belə yenə qaçmaram” demişdir.

Abbasilərin işğal zamanı əsir aldıqları türk oğlanları fars ədəbiyyatında homoseksual sevginin təsvirində ithaf mənbəyi olmuşdur. Hafiz və Faruki bu mövzuda yazan şairlər içərisində öndə gəlir.

Homoseksuallığın izlərinə tarixi dastanlarda da rast gəlmək olur. “Kitabi Dədə Qorqud” eposundakı Tural obrazı yağı düşmənlə döyüşməkdənsə, çəmənlikdən yığdığı güllərdən dəstə düzəltməyi üstün tutur.

15. Səfəvilər dövrü
Səfəvilər dövrü
Səfəvilər dövrü Azərbaycanda homoseksuallığın kütləviləşməsi ilə xarakterikdir. Və Azərbaycan tarixində heç bir zaman homoseksuallıq Səfəvilər zamanındakı səviyyəyə çatmayıb. Şah İsmayıl Xətai bu böyük imperiyanın qurucusu, eyni zamanda şair idi. Xətai şeirlərində sufilik ənənələri açıq-aydın görünürdü. O zaman sufi şairləri isə qadına, eyni zamanda gözəl oğlanlara sevgi təcəssüm edən şeirlər yazırdı. Amma sufilər istər homoseksual, istərsə də heteroseksual sevgini “məcazi sevgi” adlandırır, əsl sevginin Tanrıya olduğunu sonda ifadə edirdilər.Richard Francis Burton yazırdı; “ Sufilər meyxanələrdə şərab paylayan gənc xristianlarla gecələri bir yataqda yatırdılar”.

Erkən Səfəvilər zamanında fahişə oğlanlar üçün böyük şəhərlərdə xüsusi evlər mövcud idi. Bu evlərin bəziləri qanuni fəaliyyət göstərir və onlardan vergi alınırdı. Sözü gedən evlər Pəhləvilərin hakimiyyətinə qədər mövcud olmuşdur. Mənbələrdə bu dövrdə homoseksuallığın leqal olduğu da deyilir.

16. Doktor Şəms “Fars ədəbiyyatında Oğlançılıq” (Tehran 2002, səh, 217) kitabında yazır;
Doktor Şəms “Fars ədəbiyyatında Oğlançılıq” (Tehran 2002, səh, 217) kitabında yazır;
“Səfəvi şahı İsmayıl Təbrizə ikinci gəlişində 8 gözəl oğlanı Həşt-Beşt sarayına apardı və onlara çox ayıb hərəkətlər etdi, sonra onları öz şahzadələrinə verdi. Bundan bir az öncə də, o, 10 belə oğlanı saraya gətirmək üçün əmr vermişdi”.

Ümumiyyətlə dövrün tarixçiləri və şairlər öz əsərlərində homoseksuallığa müxtəlif adlar vermişlər. Misal üçün, aktiv rolda olan oğlanlar “fā’el”, passiv rolda olanlar isə “maf’ūl” adlandırılmışdır.

17. Tarixçi Mustafa Akdağ yazır;

Tarixçi Mustafa Akdağ yazır;
“Mədrəsələrdə dini elmlərə sahiblənmək üçün yeniyetmə oğlanlar təhsil alırdı. Təhsilini müvəffəqiyyətlə tamamlayan şagirdlər qazi, naib, imam kimi vəzifələrə təyin olunurdu. Şagirdlər 3-5 nəfərlik hücrələrdə yatırdılar. Ömürlərinin ən gənc və ehtiraslı vaxtlarını bu qaranlıq hücrələrdə keçirən oğlanlar arabir fahişə tapmaq üçün bazar meydanına çıxırdılar, ancaq fahişələrin də qorxudan ora-bura qaçması onları tapmağı müşkül hala çevirmişdi. Əsayişi qoruyanlar da, elə bil ki, bir qadının bir kişiylə söhbət etməsinə gözləyirdi ki, həmin qadınları şallaqlasınlar. Odur ki, şagirdlər öz cinsi tələbatlarını bir-biriylə ödəyirdilər”.

18. XVII əsr Səfəvi hakimiyyətində olan Rəvan qalası Osmanlı sultanı IV Murad (1623-1640) tərəfindən döyüşsüz təslim edildi.
XVII əsr Səfəvi hakimiyyətində olan Rəvan qalası Osmanlı sultanı IV Murad (1623-1640) tərəfindən döyüşsüz təslim edildi.
Homoseksual olan qala başçısı Təhmasib Quluxan sultan tərəfindən İstanbula gətirilir və adı dəyişdirilərək Yusif qoyulur. Sarayda vəzifə verilən Yusif paşa sultandan çoxlu hədiyyələr alır. Hətta Əmirgan ərazisində Yusifin şərəfinə “Fridun baxçası” saldırır. Sonradan Musa Çələbi və Mustafa Paşa (Azərbaycana dəfələrlə yürüşlər təşkil edən sərkərdə) kimi dövrün məşhur homoseksuallarıyla bu baxçada keyf məclisləri qurmuşdur.

Elə həmin dövrdə Səfəvi sərhədlərinəcən böyük ərazidə “suhtə” və “levent” adlanan, kənddən şəhərə gələn işsiz qruplar yaz aylarında evlərə hücum edir, gənc, tüksüz oğlanları götürüb qaçırdılar. Sonra isə dağa çəkilirdilər. İşsizlərin bu cür xarakterik üsyanları sonradan Azərbaycanı da əhatə etdi. Tarixə bu Cəlalilər üsyanı olaraq keçdi. O Cəlalilər ki, qəhrəmanlarına “Koroğlu” dastanı yazıldı.

19. Səfəvi sarayını təsvir etmiş olsaq, ortaya daha maraqlı məqamlar çıxar.
Səfəvi sarayını təsvir etmiş olsaq, ortaya daha maraqlı məqamlar çıxar.
Tarixdən məlum olduğu kimi şahların eyş-işrətlə məşğul olması, eyni zamanda nəsilini artırmağı üçün gözəl qadınlardan ibarət hərəmxanalar təşkil edilirdi. Hərəm başçıları isə xədim oğlanlar idi. Bundan əlavə bədənində tük olmayan, ayağı xınalı, gözəl oğlanların olduğu avrədxanalar da vardı. Əksəriyyəti əsir kimi gətirilmiş xristianlardan ibarət idi. Onlar arasında gözəl erməni oğlanları daha çox idi. Şərab məclislərində qadınlarla bərabər onlar da rəqs edir, insanları əyləndirirdilər. Maraqlısı budur ki, bu cür oğlanları saraya şahın ən yaxın arvadı gətirir, bununla da hərəmxanadakı digər qadınların şahla vaxt keçirməsini əngəlləmiş olurdu. Eyni zamanda hərəm qadınlarının yeni şahzadə – oğlan uşağı dünyaya gətirib, taxta namizədlərin sayını artırmasına mane olurdu.

Tarixçilər şərqdə tikilən hamamları birbaşa homoseksuallıqla əlaqələndirirlər. Bu cür hamamlar Səfəvilərdə də az olmamışdır. Onlardan bəziləri zamanımızadək gəlib çatmışdır.

20. Çar Rusiyasının ölkədə hökmranlığı.

Çar Rusiyasının ölkədə hökmranlığı.
Başda Səfəvi və Osmanlı dövlətləri olmaqla şərqdə homoseksuallığın yayıldığı və tabu hesab edilmədiyi bir zamanda Avropada hadisələr tam başqa cür cərəyan edirdi. Belə ki, kilsənin cəmiyyətdə hakim rol oynadığı orta əsrlərdə homoseksuallıq lənətlənmiş və homoseksuallar ciddi cəzalarla qarşılaşmaqda idi. Onlar evlərindəcə öldürülür və ya xalq meydanlarında böyük tonqallarda yandırılırdılar. XVIII-XIX əsrlərdə Azərbaycanda homoseksuallığın zəiflədiyi, saray hakimiyyətinin parçalandığı bir zamanda homoseksuallığın hakim dairələrdən xalq arasına keçməsiylə müşahidə olunurdu. Zaman keçdikcə insanlar homoseksualları qınayır, onlar da gizli həyat keçirməyə başlayırdılar. Dövrün məşhur tarixçisi Əhməd Cövdət “Məruzə” adlı əsərində yazırdı: “…Qadın aşiqləri çoxaldı, yaraşıqlı oğlan aşiqləri azaldı. Oğlan sevmək sanki yerə batdı. Keçmişdən bəri oğlanlara qarşı olan sevgi və maraq qızlara yönəldi”.

Romanovların hakimiyyətdə olduğu Rusiya çarlığında isə orta əsrlərdən bəri gizli həyat keçirən homoseksuallar kilsənin də gücünün zəifləməsindən istifadə edərək fəallaşmağa başladı. Azərbaycana dəfələrlə yürüşlər təşkil edən və Bakı xanlığında öldürülən I Pyotr 1716-cı ildə çarlıqda ilk dəfə homoseksuallıqla bağlı qanun imzaladı. Qanuna görə, hərbidə homoseksuallıq qadağan edilirdi.

21. Azərbaycan xanlıqlarının növbəylə ləğv edilirək Rusiya İmperiyasının tərkibinə qatılmasından sonra çar I Nikolay 1832-ci ildə kişilər arasında homoseksuallığı ləğv edən 995 nömrəli qanunu imzaladı.
Azərbaycan xanlıqlarının növbəylə ləğv edilirək Rusiya İmperiyasının tərkibinə qatılmasından sonra çar I Nikolay 1832-ci ildə kişilər arasında homoseksuallığı ləğv edən 995 nömrəli qanunu imzaladı.
Qanun iki oğlan arasındakı anal seksi qadağan edirdi. Qanunu pozanlar 3-5 il müddətində Sibirə sürgün ediləcəkdi. Çara yaxın olan insanlar arasında, xüsusiylə də şairlərin homoseksual olması bu qanunu sadəcə olaraq yazıda saxladı. Həmin dövrdə homoseksuallıq ədəbiyyatın əsas mövzularından idi. Dövlətə qarşı çıxanlar homoseksual damğasıyla cəzalandırılırdılar.

Azərbaycan parçalanmış xanlıqlar, ardından İki dövlətin vassalına çevrilə bilmək üçün Rusiya və İran arasında savaş meydanı oldu. Vahid və müstəqil dövlətin olmaması ölkəmizdə kütləvi savadsızlaşmanın əsasını qoydu. Fırıldaqçı din xadimləri əhaliyə kələk gəlməklə özlərini kənd və şəhərlərin başçısı hesab edir, uşaqlara “müəllimlik” edirdilər. Burada Çar Rusiyasının homoseksuallıqla bağlı qanuna ehtiyac yox idi, çünki “eyzəbər e – bezyzəbər be” deyən xalq həmin insanı daşlayıb öldürə bilərdi. Rusiyaya da əhalinin savadlanması lazım deyildi, çünki azadlığın nə olduğunu başa düşən kütləylə mübarizə aparmaq asan olmazdı. Elə ən yaxşısı ölkənin sərvətlərini talamaq idi.

22. Çar Rusiyasında başlayan böyük üsyanlar 1905-1917-ci illərdə imperiyanın ciddi islahatlar aparmasına səbəb oldu.
Çar Rusiyasında başlayan böyük üsyanlar 1905-1917-ci illərdə imperiyanın ciddi islahatlar aparmasına səbəb oldu.
Bu dövr Rusiya gümüş dövrü olaraq qəbul edilirsə də, homoseksuallığın Rusiyadakı qızıl dövrü hesab edilə bilər. Öz orientasiyasını açıq şəkildə göstərən elm adamları, incəsənət xadimləri, ədibçilər böyük əsərlər yaratdılar.

Azərbaycandakı homoseksuallıq ənənəsi, sözsüz ki, birdən-birə itmədi. Kişilərin din pərdəsi altında və mental dəyərlər üzərindən qadınlara qarşı münasibəti onları qapalı həyata vadar edirdi. Qadına qarşı keçmişdən gələn alçaldıcı münasibət davam etməkdə idi. Bəzi kişilər, xüsusən də səfil həyatı keçirən pedafillər hələ də homoseksuallara meyil edirdilər. Bu hal 1906-cı ildən nəşrə başlayan “Molla Nəsrəddin” jurnalında bu cür göstərilmişdir: “Ay camaat, totux-motux oğlan uşaqlarınızı qoruyun, qoymayın yad əllərə düşsün”.

23. Azərbaycan SSR
Azərbaycan SSR
1917-ci il, Oktyabr inqilabından sonra Lenin başçılığı ilə Sovet Sosialist Respublikası yarandı. 1920-ci il, 28 aprel tarixində Azərbaycan da yeni yaranan ittifaqın tərkibinə qatıldı. Lenin Nikolayın 1832-ci ildəki homoseksuallığı qadağan edən qanununu ləğv etdi. Azərbaycanda isə sözü gedən qanun dəyişdirilmədi. Əksinə rəsmi olaraq, 1923-cü ildə bu qadağa ölkənin konstitusiyasına əlavə edildi. Lenin ölümündən sonra hakimiyyətə gələn Stalin 1934-cü ildə bütün SSRİ-də kişilər arasında homoseksuallığı qadağan etdi. Sovet Cəza Qanununun 121-ci maddəsində homoseksuallıq (sodomçuluq) dövlətə qarşı edilən cinayət hesab edilir, 5 il həbs cəzası və həmin müddətdə ağır şərtlərdə icbari əməklə cəzalandırılırdı. Sosialistlər bunu Qərbin, kapitalizmin əməli olduğunu düşünürdülər. Avropada və Amerikada 1968-ci ildən fəallaşmağa başlayan homoseksual birliklər, kiçik lobbilər SSRİ-dəki insan hüquqlarıyla bağlı problemləri dünya mediasında işıqlandırmağa başladılar.

Qadağaların olmasına baxmayaraq, homoseksuallar Azərbaycan başda olmaqla bütün Sovet İttifaqı ölkələrində öz cinsəl yaşamlarını davam edirdilər. Yazıçı Səfər Alışarlı o dövrü bu cür təsvir edir; “Mən Moskvada hələ sovet vaxtlarında cinsi azlıqların sərbəst toplaşdıqlarını görürdüm. “Prospekt Mira” metrosunun yanında yığışırdılar. Kimsənin onlarla işi olmurdu”. Teatrlara, balet tamaşasına gedən dövlət adamları oradakı homoseksualları görməzdən gəlirdi.

Bakıda geylərin kütləvi toplaşdığı 2 yer (пятачка) vardı. “Ayna Zerkalo” qəzetində homoseksuallar haqda tez-tez onları müdafiə edən yazılar gedirdi. Qəzet fahişəlik edən geylərin bir gecəyə 100 dollar pul qazandığını da yazmışdı.

24. Azərbaycan Respublikası (90-lardan bu günə)
Azərbaycan Respublikası (90-lardan bu günə) Azərbaycanda ilk ''homoseksual'' sözünün işləndiyi "Girişmə, öldürər" adlı filmdən kadrlar.
Gizli həyat keçirən, öz aralarında kiçik şəbəkələr quraraq həyatlarını davam edən homoseksuallar “görünməməyə” çalışırdılar. Bunun iki səbəbi var. Birincisi ictimai qınaq, ikincisi SSSRİ-nin dağılmasından sonra da ölkə Konstitusiyasından çıxarılmayan, homoseksuallığı qadağan edən qanunun hələ də qalması idi. Konstitusiyanın 113-cü maddəsində bu qanun öz yerini almışdı. Lezbiyanlığı qadağan edən heç bir qanun isə təsbit edilməmişdir. Bu dövrdə geylər daha çox ictimai nəqliyyatda və ya tanışlar vasitəsiylə partnyor tapırdılar. Polislər tərəfindən sıxışdırılırdılar və qeydə alnırdılar. Bu səbəbdən bəzi geylər ölkəni tərk etməyə başladı. Onlardan biri də 90-larda müğənnilik edən Rövşən Hicrətidir. O, Hollandiyaya getmiş, orada da cinsini dəyişərək ailə həyatı qurmuşdur. Ölkə əhalisi ilk dəfə açıq şəkildə homoseksuallığı müğənni Samir Bağırovda gördü. İnsanlar onu “Bakı Payızı-88” mahnı müsabiqəsindən tanıyırdı. Samirin 91-ci il “Tac” rok qrupunda solist kimi çıxış etdiyi zaman imicini tamamilə dəyişməsi belə sevənlərini azaltmadı. Əksinə çox saylı qız fanatları hesabına 2000-ci illərin əvvəlinəcən şöhrətini saxlaya bildi.

1995-ci ildə “Bala-başa bəla!” tamaşasında hərbi xidmətə getməmək üçün qadın paltarı geynib, adını dəyişən Cəmil obrazı izləyicilər tərəfindən birmənalı qarşılanmadı. Cəmil obrazını aktyor Ələkbər Hüseynov (Ələkbər əmi) oynayırdı.

2001-ci il, homoseksuallığı qadağan edən qanun Heydər Əliyev tərəfindən Azərbaycanın Avropa Şurasına qəbul edilməsi məqsədilə Cinayət Məcəlləsindən çıxarıldı. Bu qanundan sonra da ölkədəki homoseksuallar öz orientasiyalarını gizlətmək məcburiyyətində qalırdılar. Çünki, bu dəyişim ictimai qınağa, homofobiyaya təsir edə bilmədi. Sadəcə olaraq, bu azadlıqdan transseksuallar və travestilər istifadə etdilər. Bakının Tbilisi prospektindəki Avropa otelinin qarşısı 2008-ci ilədək onların seks işçiliyi ilə məşğul olmalar üçün “bazar” rolunu oynadı.

25. Zaman keçdikcə homoseksuallar qismən də olsa öz cinsi yönəlimlərini göstərməyə başlayır və bununla da ölkədəki homofobiyanın əsl üzü ortaya çıxmış olurdu.
Zaman keçdikcə homoseksuallar qismən də olsa öz cinsi yönəlimlərini göstərməyə başlayır və bununla da ölkədəki homofobiyanın əsl üzü ortaya çıxmış olurdu.
2005-ci ilin sonlarında Azərbaycanın birinci kanalı, İTV-nin işçisi homoseksual olduğu üçün işdən çıxarıldı. O zaman bu hadisə “Gündəlik Azərbaycan” qəzetində geniş işıqlandırıldı.

İnternetdən istifadənin kütləviləşməyə başlaması müstəqil Azərbaycan Respublikasında homoseksualların azadlıq əldə etməsi yolunun açılmasına çox güclü təsir etdi. İnternetdən, xüsusən də sosial şəbəkələrdən istifadə LGBT (lezbiyan, biseksual, gey, transeksual) fərdlərinin təlimatlanmasına, maariflənməsinə, daha böyük şəbəkələrə çıxmasına, xüsusən də partnyor tapmaqda komfortun yaranmasına səbəb oldu.Mail.ru-nun 2003-cü ildən məhsulları sırasına əlavə etdiyi “Mambo” və “Agent” sosial şəbəkələri, eyni zamanda yerli vapçatlar 2007-2010-cu illərdə homoseksualların istifadə məkanı oldu. 2010-cu ildən Facebook sosial şəbəkəsinin ölkədə kütləvi yayılması ən çox gizli həyat keçirən homoseksualların işinə yaradı. Məhz bu dönüş nöqtəsindən sonra öz cinsi yönəlimini açıq şəkildə göstərənlərin sayı artmağa başladı.

26. 2007-ci ildə Azərbaycan Respublikasında lezbiyan, biseksual qadın və transeksuallara yönəlmiş ayrıseçkiliyə qarşı ilk dəfə “Gender Development”adlı Sosial Birlik yaradıldı.
2007-ci ildə Azərbaycan Respublikasında lezbiyan, biseksual qadın və transeksuallara yönəlmiş ayrıseçkiliyə qarşı ilk dəfə “Gender Development”adlı Sosial Birlik yaradıldı.
Yarandığı zaman qadın hüquqlarının müdafiəsini hədəfləyən təşkilat sonradan öz fəaliyyət dairəsini gey və biseksual kişilər arasında da genişləndirdi.

2009-cu il, yazıçı Əli Əkbərin iki homoseksual oğlanın sevgisindən bəhs edən “Artuş və Zaur” kitabı böyük səs-küy yaratdı. Qəhrəmanlarının erməni və azərbaycanlı olması qınağı daha da artırdı və nəticədə kitabın satışı qadağan edildi.

2011-ci il, Azərbaycan Avropada böyük gey auditoriyası olan “Avroviziya Mahnı Müsabiqəsində” birincilik əldə etdi. Müsabiqənin Azərbaycanda keçirilməsinə aylar qalmışnighttours.comsaytında geylərin yürüşü (paradı) olacaq şəhərlər arasında Bakının da adının olması ölkədə ciddi narazılığa səbəb oldu. Bütün mətbuat və televiziya bu hadisədən danışdı. Əksəriyyəti bu halı pislədi. Başda İran olmaqla, dini xadimlərinin etirazından sonra Bakının adı siyahıdan çıxarıldı.

Ardından 2012-ci ilin fevral ayında Vüqar Adıgözəlov “Azad LGBT” təşkilatını yaratdı. Təşkilatın rəhbəri 2013-cü ildən İsa şahmarlı, onun ölümündən sonra isə Lalə Mahmudova olmuşdur.

2012-ci ilin dekabrında Cavid Nəbiyev “Nəfəs LGBT Alyansı”nı qurdu. Növbəti il 2013-cü il, oktyabrında Gülarə Əzimzadə “Peace for LGBT” təşkilatını yaratdı.

Homoseksuallıq məsələsi tez-tez internetdə – xəbər portallarında, telekanallarda gündəmə gəlməyə başladı. Bu haqda ən geniş müzakirələri ANS televiyası etdi. Belə ki, 2013-cü ildə Azərbaycanda ilk dəfə gey filmi olan “Zənnə” ANS-də dublyaj edilərək yayımlandı.

2013-cü il, mart ayında mediada 28 May küçəsində yerləşən transeksual və travestilərin barında qeyri-qanuni olaraq fahişəliklə məşğul olunduğu aşkar edildi. Barda 4 nəfərin yaralanmasıyla bitən cinayət işiylə əlaqədar Türkiyəli vətəndaşın idarə etdiyi bu bar bağlandı.

27. Ara-sıra xəbər portallarında nifrət cinayətinə qurban gedən homoseksuallar haqda xəbərlərə rast gəlinirdi. Amma intiharlar ailələr tərəfindən gizlədilir və ya başqa səbəblərlə təqdim edilirdi.
Ara-sıra xəbər portallarında nifrət cinayətinə qurban gedən homoseksuallar haqda xəbərlərə rast gəlinirdi. Amma intiharlar ailələr tərəfindən gizlədilir və ya başqa səbəblərlə təqdim edilirdi.
 2014-cü il, 22 yanvar “Azad LGBT” təşkilatının rəhbəri, aktivist İsa Şahmarlı işlədiyi ofisdə LGBT bayrağı ilə özünü asaraq öldürdü. Bu hadisə bütün ölkədə, eyni zamanda Türkiyədə müzakirə predmetinə çevrildi. İsanın dəfn mərasimi, onun müsahibələri, orientasiyası sosial şəbəkələrdə geniş kütlə tərəfindən müzakirə edildi. Və Azərbaycan cəmiyyətindəki mövcud homofobiyanın səviyyəsi bu hadisədən sonra özünü bütün çılpaqlığı ilə göstərmiş oldu. İsa Şahmarlının ölüm tarixi Azərbaycandakı LGBT icması və onlara dəstək verən tolerant insanlar tərəfindən “LGBT günü” olaraq qəbul edildi.

2014-cü il, 17 May, Homofobiyaya qarşı Beynəlxalq Mübarizə Günündə “Nəfəs LGBT Alyansı”nın təşkil etdiyi Qobustana yürüş insanlar tərəfindən birmənalı qarşılanmadı. LGBT fərdlərinin iştirak etdiyi bu yürüşdə ideya, haqlı olaraq, Azərbaycandakı LGBT-nin tarixinin qədimliyini göstərmək idi.

2012-ci ildən fəaliyyətə başlayan “Tural Azerbaijan” ləqəbiylə tanınan, LGBT mövzusunda məqalələrin müəllifi, hazırda, Azərbaycanda ən böyük oxucu kütləsi olan bloqerdir.

2014-cü il, 20 iyun tarixindən etibarən yazıçı Orxan Bahadursoyun iki gənc homoseksualın sevgisindən bəhs edən “Günahdır səni sevmək” adlı kitabı şəhərin müxtəlif kitab mağazalarında satışa çıxarıldı.



28. 2018-ci il 17 may tarixində isə İngiltərə səfirliyi Azərbaycanda homofobiya, biofobiya vә transfobiya ilә mübarizә günü ilә bağlı LGBT bayrağını qaldırdı.
2018-ci il 17 may tarixində isə İngiltərə səfirliyi Azərbaycanda homofobiya, biofobiya vә transfobiya ilә mübarizә günü ilә bağlı LGBT bayrağını qaldırdı.
29. Əlavələr:
Əlavələr:

Azərbaycan tarixindəki mühüm hadisələr (xronologiya)

e.ə III-I minilliklər– Azərbaycanda lullubi, kuti, turukki, kassit, assur, şumer kimi tayfaların məskən salması

e.ə. 550-330-cu illər– Əhəmənilər sülaləsinin hakimiyyəti

e.ə. 323-cü il – b.e 224-ci il– Adərbayqan (Atropatena) dövlətinin hakimiyyəti

e.ə. II əsr – b.e 705-ci il– Albaniya dövlətinin hakimiyyəti

III – VII əsrlər– Sasanilər sülaləsinin hakimiyyəti

VII – IX əsrlər– Ərəblərin Azərbaycanda hakimiyyəti

XII – XIII əsrlər– Monqolların Azərbaycana hücumu

XVI – XVII əsrlər– Səfəvilərin hakimiyyəti

XVIII əsr– Azərbaycanda xanlıqlar dövrü

XIX əsr– Azərbaycanda rus çarlığının hakimiyyəti

1920 – 1991-ci illər– Azərbaycanda Sovet hakimiyyəti

1991-ci il– Azərbaycanın müstəqillik əldə etməsi

Terminologiya

Homoseksuallıq– 3 əsas cinsi yönəlimdən (orientasiyadan) biri olub, fərdin öz həmcinsinə qarşı romantik və seksual hislər keçirtməsinə verilən addır.

Gay (gey)– Fransız sözü olub, 1960-cı ildən bəri kişi homoseksuallar üçün istifadə edilən söz, mənası “şən, gülərüz, əyləncəli, rəngli” deməkdir.

Lezbiyan– 1800-cü illərdən bəri qadın homoseksuallar üçün istifadə edilən sözdür.

Transseksual– Bütün cinsiyyətini və görünüşünü tamamən qadına çevirən kişi (və ya əksinə)

Travesti– Əməliyyat olunmadan sadəcə qarşı cinsin geyimini geyinən, özünü ona bənzədən şəxs

LGBT– “lezbiyan, gey, biseksual, transseksual” sözlərinin baş hərfindən alınan abreviaturadır.

Biseksual– Həm qadına, həm kişiyə cinsi ve hissi istək duyan şəxs

Heteroseksual (natural)– Cinsi və hissi istəyinin yalnız qarşı cinsə yönəldiyi şəxs

Homofobiya– Heteroseksualların homoseksuallara olan qınaq, nifrət hissi

Sodomi (və ya pedarast)– ədəbiyyatlarda homoseksuallara verilən ad

Lutilik– anal seks

Lûtî– gey

Mənbə: Tural, azxeber.com
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Tayqada azərbaycanlıların saldığı iki şəhər - Çoxlarının bilmədiyi fakt
“Xalq düşməni”nin nəvəsi, sevdiyi qızı qatarla qaçıran Oqtay Ağayev - Xalq artistinin oxumadığınız MÜSAHİBƏSİ

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır