Qaynar xətt:

(+99450) 247 90 86

Ən çətin məntiq testi - ÖZÜNÜZÜ BU TESTLƏ SINAYIN!

2018-10/1539248745_menti-1539242771-1.jpg

MARAQLI

1972

11.10.2018, 13:05

\"\" Bu məntiqi məsələni həll edə bilmək üçün sizin mürəkkəb səbəb-nəticə əlaqələri qurmaq bacarığınız olmalıdır. Məntiq zəncirinin halqalarının birində səhv olarsa, bütün proses boşa çıxacaq.
Görək, cavabı tapmaq üçün sizin məntiqiniz və səbriniz kifayət edəcəkmi? Məsələ Ağır bir cinayətə görə 3 nəfər şübhəli şəxs saxlanılıb. Onlardan birincisi qoca kişi, ikincisi sadə şəhər sakini, üçüncüsü – məşhur fırıldaqçıdır. Saxlanılan şəxslərin adları belədir: Əhməd, Məmməd, Həsən. Amma hansı adın kimə məxsus olduğu bilinmir. Saxlanılan şəxslər polisə ifadələrində belə deyiblər: Əhməd: “Cinayəti mən etməmişəm. Məmməd də etməyib”. Məmməd: “Bu, Əhmədin işi deyil. Həsən edib”. Həsən: “Bunu mən etməmişəm. Cinayəti Əhməd törədib”. Araşdırma zamanı məlum olub ki, qoca düzünü deyib, fırıldaqçı yalan danışıb. Sadə vətəndaşın dediyi fikirlərdən isə biri yalan, o biri düzdür. Şübhəli şəxslərin adlarını dəqiqləşdirib, cinayəti kimin törətdiyini tapa bilərsinizmi? (Düzgün cavab bir gündən sonra veriləcək)