Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
598
az

Dırnaq boyaları qana qarışır, maddələr mübadiləsini zəiflədir - İLGİNC FAKTLAR

23:4113 Aprel, 2018
1432
MARAQLI
  • A
 Qadınların gözəllik naminə istifadə etdikləri məhsulların başında dırnaq boyaları gəlir. Lakin dırnaq boyaları düşünüldüyü qədər zərərsiz deyil.

Oxu24.com -un  medicina.az-a istinadən bildirir ki, araşdırmaçılar qadınların gözəllik parçası olan dırnaq boyalarının bu vaxta kimi məlum olmayan xüsusiyyətini ortaya çıxarıb.

Amerikalı mütəxəssislərin apardığı son araşdırmalara görə, dırnaq boyası insan sağlamlığı üçün təhlükəlidir.

ABŞ-ın Duke Universitetinin mütəxəssisləri dırnaq boyaları üzərində təcrübələr aparıblar. 3 min dırnaq boyası araşdırılıb. Nəticədə dırnaq boyasının tərkibində trifenil fosfat maddəsi aşkar edilib. Könüllü iştirak edən 24 qadın ilə sınaq aparılıb. 10 saatdan sonra isə iştirakçıların 100 faizinin orqanizmində trifenil fosfat izləri müşahidə edilib. Bu maddə insan bədənindəki hormonları zədələyərək endokrin sisteminin pozulmasına yol açır. Dırnaq boyası çəkdikdən sonra dırnaq yolu ilə qana qarışan bu maddə hormon sistemini pozur. Bu da maddələr mübadiləsini yavaşıdır.

Nəticələrə əsasən, dırnaq boyasının orqanizmə mənfi təsirlərini təqdim edirik:

- Dərini zədələyir, allergiya yarada bilər.

- Endokrin sisteminə zərər verərək vücudda toksinlərin toplanmasına səbəb olur.

- Vücudda bəzi infeksiyaların yaranmasına səbəb olur.

- Orqanizmi kimyəvi maddələrlə zəhərləyir.

Həmçinin dırnaq boyasını silmək üçün istifadə edilən asetonların da tərkibində taluen adlı kimyəvi maddə aşkar edilib. Bu isə insan sağlamlığına zərər verir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu