Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5976
az

Kərbəla döyüşünün ildönümüdür - İmam Hüseyni kimlər və nə üçün öldürüb?

13:4710 Oktyabr, 2018
1412
MARAQLI
  • A
 10 oktyabr 680-ci ildə bu günkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş İslam aləmində, xüsusən Şiə və Ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin, Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi, Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur.

Məhəmməd peyğəmbərin 632-ci ildə vəfat etməsindən sonra Əbu Bəkr Məhəmməd peyğəmbərdən sonra xəlifə təyin edilir. Əbu Bəkrin ardından Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli bin Əbu Talib xəlifə seçilmişdir. Şiə müsəlmanları Əli bin Əbu Talibin Məhəmməd peyğəmbərə daha yaxın olmasını və uşaqlıqda onun evində böyüməsini ,həmçinin, Qədir-Xum hadisəsini əsas gətirərək, ilk xəlifənin Əli olmasını tələb edirdilər. Digər bir qrup müsəlman isə Əlinin xəlifə təyin edilməsinə qarşı çıxırdı.

Xilafətdə iki böyük siyasi güc formalaşmışdı. Bir tərəfdə Əli bin Əbu Talibin digər tərəfdə isə Əməvilərin nümayəndələri bir-birlərinə qarşı mübarizə aparırdılar. Əli bin Əbu Talib 661-ci ildə Xaricilərdən olan Əbdülrəhman ibn Məlumun sui-qəsti nəticəsində öldürüldü. Hakimiyyət xəlifələrin qatı düşməni olan I Müaviyənin əlinə keçdi.

I Müaviyə hakimiyyətdə olduğu müddətdə özündən sonra oğlu I Yezidin xəlifə təyin olunması calışırdı. Tərəfdarlarına özündən sonra oğluna itaət etmələri barədə göstərişlər verirdi. 680-cı ildə I Müaviyənin vəfatından sonra I Yezid xəlifə təyin olundu.

Vəziyyətin gərgin olduğu bu dövrlərdə İmam Hüseyn Kufə və Mədinə əhalisindən onu dəstəklədilərini bildirən məktublar alırdı. O, 72 nəfər tərəfdarı ilə birlikdə Kufə istiqamətində yola çıxdı. Hədəfi İslam dünyasının xəlifəsi seçilmək və xilafəti düzgün şəkildə idarə etmək idi. İmam Hüseyn 72 nəfər tərəfdarı ilə irəliləyərkən I Yezidin 4.500 nəfərlik ağır silahlarla silahlanmışdı qoşunu ilə qarşılaşdı. Tərəflər arasında yaşanan döyüşdə İmam Hüseyn başda olmaqla 72 nəfər şəhid edildi. İmam Hüseynin sağ qalan ailə üzvüləri və tərəfdarları isə əsir alındı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır