Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5562
az

“Bismillah” sanki Allahın nişanıdır

22:0426 Sentyabr, 2018
1433
MARAQLI
  • A
"Bismillah"ın insan həyatındakı əhəmiyyətini dərk etmək üçün alimlər belə bir misal çəkmişlər: Məlumdur ki, dünyada hər bir müəssisə öz məhsullarının üzərində xüsusi əlamət (nişan) qoyur. Həmin müəssisənin irili-xırdalı bütün məhsulları bu nişanı daşıyır, bununla da məhsulun həmin müəssisəyə mənsubluğu sübuta yetir. Həmçinin, hər bir ölkənin böyük təşkilatları, idarələri, nümayəndəlikləri, yad sularda üzən gəmiləri belə, eyni bir bayraqla seçilir. Dövlət öz bayrağını bərkitməklə, bu bayraq altında olan hər şeyin ona mənsub olduğunu elan edir. Eləcə də, Allah-Taala istəyir ki, möminlər irili-xırdalı bütün əməllərini "bismillah"la başlayıb, bu əməllərə Allahın əlamətini (nişanını) vursunlar. Bununla da həmin əməllərin məhz Allah yolunda və Allahın razılığını qazanmaq naminə icra olunduğu isbat olar.
Oxu24.com islam.az-a istinadən bildirir ki, Həzrət Əlinin (a) səhabəsi Abdullah ibn Yəhya bir gün İmamın yanına gəldi. Oturarkən "bismillah" demədi, oturacaqdan sürüşüb yıxıldı, başı yerə dəyib yaralandı. İmam Əli (a) mübarak əlini Abdullahın başına çəkəndə yara sağaldı. Son¬ra İmam ona müraciət edərək buyurdu: "Məgər bilmirsən, Peyğəmbər Allah tərəfindən mənə buyurmuşdu ki, Allahın adı çəkilmədən başlayan hər bir iş uğursuzluqla sona çatar?" Abdullah təsdiq edib dedi: "Bundan sonra bu tapşırığı həmişə yerinə yetirərəm!" İmam əlavə etdi: "Əgər belə etsən, xoşbəxt olarsan və fayda qazanarsan".
İmam Cəfər Sadiq (ə) bu əhvalatı söyləyəndən sonra belə buyur¬muşdur: "Çox olur ki, bizim tərəfdarlarımızdan bəziləri öz işinin əvvəlində "bismillah" demir və Allah onları narahatçılığa düçar edir ki, ayılsınlar..." (Şeyx Abbas Qummi. "Səfinətül-Bihar", 1-ci cild, səh. 15).
Həzrət Muhəmməd Peyğəmbərdən (s) rəvayət edilən bir hədisdə oxuyuruq: "Bəndə "Bismillahir-Rəhmanir-Rəhim" deyəndə Allah-Taala buyurar: "Bəndəm öz işini mənim adımla başladı. Demək, mən də onun işini bərəkətlə başa çatdırmalı və bərəkətli etməliyəm".
Peyğəmbərimiz (s) başqa bir hədisdə buyurmuşdur: "Hər kəs bir işə başlasa, qəm-qüssə və çətinliklə üzləşsə, xalis niyyətlə özünü Allaha təslim edib "Bismillahir-Rəhmanir-Rəhim" desin. Bununla o, iki faydadan birini qazanar: ya bu dünyadakı ehtiyacı ödənmiş olar, ya da axirətdə Allah yanındakı nemətlərə sahib çıxar. Əlbəttə, axirətdə Allah yanında olan nemətlər mömin üçün daha yaxşı və qalarıdır" (İmam Əskərinin (ə) Fatihəyə təfsirindən).
Allahı yada salmadan başlanmış işdən, Allaha xatir olmayan əməldən xeyir-bərəkət ummaq mənasızdır: "Bismillahsız başlanan hər iş naqis və yarımçıqdır" (Muhəmməd Peyğəmbər (s).
"Bismillah" ayəsi о qədər fəzilətlidir ki, onu gözəl xətlə yazmağın da xeyli savabı vardır. Həzrət Əli (ə) buyurmuşdur: "Hər kim "Bismillahir-Rəhmanir-Rəhim" ayəsini gözəl xətlə yazsa, mütləq cənnətə gedər".
Hər surənin əvvəlində işlənən "Bismillahir-Rəhmanir-Rəhim" ayələrinin Qurana aid olub-olmaması zəminində alimlər arasında fikir ayrılığı vardır. Bəziləri "Bismillah" ayələrini Quranın tərkib hissəsi hesab etməmiş və yalnız surələri bir-birindən ayırmaq üçün vasitə saymışlar. Əhli-sünnə məzhəblərindən hənəfilikdə təkbaşına qılınan namazlarda Fatihədən əvvəl "Bismillahir-Rəhmanir-Rəhim" ayəsini oxumaq sünnətdir. Camaat namazında müqtədi "bismillah"ı deməz, Fatihədən sonra oxunan surəni isə "bismillah"la başlamaq məsləhət deyil. Malikilər namazda oxunan surələrin əvvəlində "Bismillahir-Rəhmanir-Rəhim" söyləməyi məkruh sayırlar. Şafii məzhəbində bu ayə sürənin tərkib hissəsi sayılır və söylənməsi fərzdir. Uca səslə qiraət edilən surələrin "bismillah"ı da uca səslə deyilir. Hənbəli məzhəbində isə, "Bismillahir-Rəhmanir-Rəhim" ayələri Qurandan sayılmır və namaz zamanı surədən qabaq astadan deyilməsi sünnətdir.
Həzrət Muhəmməd Peyğəm¬bər (s) namazda Fatihə surəsini oxuyarkən həmişə əvvəldə "Bismillahir-Rəhmanir-Rəhim" ayəsini deyirdi (Əllamə Süyuti. Əl-İtqan fi ülumil-Quran).
Quran təfsirçilərinin sələfi Abdullah ibn Abbas "bismillah" ayəsinin surələrdən ayrı hesab edilməsini şeytan əməli sayaraq demişdir: "Quranın ən böyük ayəsini şeytan insanlardan oğurlayıb. Bu, "Bismillahir-Rəhmanir-Rəhim" ayəsidir" (yux. mənbə).
Səhabələrdən biri İmam Cəfər Sadiqdən (ə) soruşdu: "Namazda Fatihə surəsini oxuyarkən "Bismillahir-Rəhmanir-Rəhim" ayəsini deyimmi?" İmam cavab verdi: "Bəli". Səhabə yenə soruşdu: "Fatihədən sonra başqa surə oxusam, yenə "Bismillahir-Rəhmanir-Rəhim" deyim?" İmam Sadiq (ə) buyurdu: "Bəli, de" (əl-Kafi, Namaz kitabı, Quran qiraəti babı, hədis 1). Həmçinin, İmam Sadiq (ə) buyur¬muşdur ki, əgər bir şəxs namaz¬da Fatihədən sonra oxunan surəni "Bismillahir-Rəhmanir- Rəhim"siz başlasa, gərək namazı yenidən qılsın" (yux. mənbə, hədis 2).
Məşhur təfsirçi Fəxr Razi öz təfsirində "Bismillahir-Rəhmanir-Rəhim" ayəsinin Fatihəyə aid olduğunu sübuta yetirmək üçün 16 dəlil gətirmişdir. Quran elmlərinin məşhur mütəxəssislərindən sayılan Əllamə Cəlaləddin Süyuti Şafii "əl-İtqan" kitabında "Bismillah" ayəsinin Qurana aid olması barədə rəvayətləri sadalayaraq yazırdı: "Bu rəvayətlər sübut edir ki, "Bismillahir-Rəhmanir-Rəhim" ayəsinin Qurana aidliyi və surələrin əvvəlində nazil olması məna baxımından təvatür həddindədir" (Əgər çoxlu sayda hədis azacıq söz fərqi ilə eyni mənanı ifadə edərsə, buna "məna baxımından mütəvatir hədis" deyilir).
Bir gün Müaviyə camaat namazına imamlıq edərkən Fatihəni "bismillah"sız oxudu. Ca¬maat narahat olub etiraz etdi: "Bismillahı oğurladın, yoxsa unutdun?" (Möhsin Qiraəti. Təfsiri-Nur", 1-ci cild, səh. 15). Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ana və qızı eyni anda DOĞDU - VİDEO
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi