Qaynar xətt:

(+99450) 247 90 86

Feysbuk yeni alqoritm hazırlayır: Koronavirusu 4 gün öncədən müəyyən edəcək

Feysbuk yeni alqoritm hazırlayır: Koronavirusu 4 gün öncədən müəyyən edəcək

MARAQLI

2672

21.01.2021, 22:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Feysbuk səhiyyə işçiləri üçün nəzərdə tutulan süni intellekt modellərini təqdim edəcək.

 

Oxu24.com  xəbər verir ki, şirkət koronavirus xəstələrini aşkarlamaq və bu prosesi izləmək üçün səhiyyə işçilərinə yönəlmiş alqoritmlər hazırlayıb.

Sistem koronavirusa yoluxmuş xəstənin vəziyyətini təyin etməyə və rentgen şüalarındakı məlumatların müşahidəsinə kömək edəcək.

Bu alqoritmlər sayəsində həkimlərin xəstələri təqib etməsi daha asan olacaq. Sistem xəstələrin oksigenə ehtiyac olub-olmadığını müəyyənləşdirməyə kömək edəcək.

Yeni alqoritm koronavirus xəstələrinin sağlamlığını 96 saat, 4 gün əvvəl təyin edə biləcək.