Quba haqqında maraqlı FAKTLAR: 28 ölkə bu rayondan kiçikdir
18 Fevral 2026, 13:09
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1414
30.05.2020, 11:39
Azərbaycanlı qıza elçi düşən və Türkiyədən xına mərasimi keçirmək üçün Azərbaycana gələn Çakır ailəsi koronavirus səbəbindən iki ay burada qaldıqdan sonra nəhayət ki, Rizəyə dönüb. Təyyarə ilə Malatyaya təxliyyə ediləndən sonra 14 gün karantində qalan ailə artıq yaxınlarına qovuşub.
Oxu24.com Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, rizəli 27 yaşlı Rəsul Çakır 21 yaşlı Gülyana Yekayeva ilə evlilik qərarı alıb. Martın 12-də cütlük üçün Balakəndə xına mərasimi təşkil edilib. Mərasimdə bəy Rəsul Çakır ilə yanaşı, anası Gülhan, atası Həsən, qohumları Mustafa Çakır da iştirak edib. Mərasimdən sonra ailə geri qayıtmaq istəyib. Lakin Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə sərhədləri bağlandığı üçün ölkəni tərk edə bilməyiblər. Onlar bir müddət yeni qohumlarının evlərində qalıblar. Daha sonra isə sərhəddə gözləməyə başlayıblar. Martın 25-də Rizədə keçirilməsi planlaşdırılan toyu da təxirə salan ailə 2 ay Azərbaycanda kirayə evdə qalıblar.
Artıq Çakır ailəsi Rizənin Çamlıhemşin mahalınım Çayırdüzü kəndinə gəlib. Azərbaycanda olduqları müddətdə virusa yoluxmaqdan çox qorxduqlarını açıqlayan Çayırdüzü kəndinin muxtarı Həsən Çakır Türkiyəyə geri dönə bilməyəcəklərinə görə də narahatlıq keçirib: "Azərbaycana getdik, xına gecəsindən 2 gün sonra sərhədlər bağlandı. Orada təcrid vəziyyətində qaldıq. Dövlətimiz təxliyyə təyyarəsi göndərdi, Türkiyəyə gəldik. Malatyada karantində qaldıqdan sonra məmləkətimizə gələ bildik. Azərbaycanda olarkən virusa yoluxacağımızdan çox qorxurdum. Çünki bizim imkanlarımızla oradakı imkanlar eyni deyil. Bütün dünyada virus tüğyan edirdi və yenidən Türkiyəyə dönə bilməyəcəyimizə görə narahat idim. Sağ olsunlar, konsulluqdan bizə tez-tez zəng edirdilər. Bu da bizi ümidləndirirdi. Artıq məmləkətimizdəyik, işimizə geri döndüyümüzə görə çox xoşbəxtik. Allah heç kəsi çıxılmaz vəziyyətdə qoymasın”.
Gülhan Çakır da çox çətin bir dövr yaşadıqlarını bildirib: "Ölkəmizə qayıda biləcəyimiz xəbərini aldığımız zaman sevindiyimizdən uçurduq. Türkiyəyə gəlib çatana qədər buna inana bilmirdik. Artıq çox xoşbəxtik. Ən yaxşısı Türkiyədir, başqa bir şey demirəm".
Ailənin yaxın qohumu Mustafa Çakır da Azərbaycanda olarkən konsulluğun onlarla daim əlaqə saxladıqlarını söyləyib:
"Sonuncu dəfə bizi aparmağa gələcəklərini söylədilər. Əlbəttə ki, yenə də narahat idik. Üzərində türk bayrağı olan qırmızı təyyarəni görəndə dünyalar bizim oldu. Biz təyyarəylə Türkiyəyə qayıtdıq. Allah, dövlətimizə, millətimiz pis günlər yaşatmasın. Bizi karantin üçün Malatyaya apardılar və təyyarədən enəndə yeri öpdüm”, - M.Çakır deyib.
Toya hazırlaşan bəy Rəsul Çakır da bu iki ay ərzində çətin günlər yaşadıqlarını dilə gətirib: "Azərbaycanda olduğumuz müddətdə çətinliklər çəkdik. Qayıdacağımızı bilmədən gözlədik. Ancaq gələcək həyat yoldaşım orada olduğuna görə xoşbəxt idim. Onu gətirə bilmədim. Sərhədlər yenidən açıldığında gətirəcəyik. Yazda toy etməyi planlaşdırırıq."
Həmçinin oxuyun
Xatırladaq ki, buna bənzər hadisə Qazax rayonunda da baş vermişdi. Ərdahandan nişan üçün gələn türkiyəli bəy və qohumları sərhədlər bağlandığı üçün Azərbaycanda qalmışdılar.




23:45 / 19 Fevral 2026
20
23:41 / 19 Fevral 2026
13
23:31 / 19 Fevral 2026
23
23:28 / 19 Fevral 2026
47
23:22 / 19 Fevral 2026
22
23:18 / 19 Fevral 2026
22
23:14 / 19 Fevral 2026
25
23:09 / 19 Fevral 2026
29
23:04 / 19 Fevral 2026
29
22:53 / 19 Fevral 2026
32
22:49 / 19 Fevral 2026
49
22:42 / 19 Fevral 2026
125
22:36 / 19 Fevral 2026
37
22:34 / 19 Fevral 2026
312
22:32 / 19 Fevral 2026
49
22:29 / 19 Fevral 2026
47
22:25 / 19 Fevral 2026
48
22:17 / 19 Fevral 2026
38
22:07 / 19 Fevral 2026
181
22:00 / 19 Fevral 2026
46
21:38 / 19 Fevral 2026
685
21:35 / 19 Fevral 2026
50
21:22 / 19 Fevral 2026
43
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.