Yeni növ koronavirusun insanlar arasında nə üçün bu qədər sürətlə yayıldığı məlum olub.
KONKRET.az xəbər verir ki, Minnesota Universitetində aparılan araşdırmaya görə, COVİD-19-un insan hüceyrəsinə daxil olan “çıxıntılı” proteini SARS virusundan 4 dəfə qüvvətlidir.
Araşdırma zamanı virusun insan hüceyrələrinə daxil olan uc hissələrinin 3D xəritəsi çıxarılıb. Məlum olub ki, virusun insan hüceyrələrinə daxıl olan sivri uclu hissəsi 2002-ci ildə qeydə alınan SARS virusundan 4 dəfə qüvvətlidir. Elə məhz bu səbəbdən virus insan hüceyrələrinə 4 dəfə sürətli daxil olur. Bu araşdırma onu sübut edir ki, virus yuxarı tənəffüs yollarına daha tez daxil olur ki, bununla da müxtəlif vasitələrlə insanlar arasında daha sürətlə yayılır.
Bundan başqa araşdırma nəticəsində bəlli olub ki, virus insan bədənində qrip hüceyrəsi ilə birləşdikdə onun yayılması daha da sürətlənir.
Oxu24.com
ŞƏRHLƏR