Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2574
az

Gecə saatlarında kompüter qarşısında oturmaq bu xəstəlikləri yaradır - DİQQƏT!

20:2803 İyun, 2018
1147
MARAQLI
  • A
Texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda demək olar ki, əksər insanların işləri bilavasitə kompüter vasitəsilə həll olunur. Bəs görəsən gün ərzində saatlarla kompüter arxasında oturmaq insan sağlamlığı üçün təhlükəli deyilmi? Xüsusilə də gecə saatlarında kompüterlə məşğul olmaq insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Oxu24.com  xəbər veri ki, gecə kompüter arxasında oturan şəxslər ciddi yuxusuzluq yaşaya bilir.

Alimlər bu istiqamətdə apardıqları araşdırmalar əsasında mobil qurğulardan, eləcə də tabletlərdən istifadənin yuxu rejiminə mənfi təsir etdiyini bildiriblər. Belə ki, 22-28 yaş qrupu insanlar arasında tədqiqat aparılıb. Ard-arda 5 gün gecə saatlarında kompüter arxasında oturmaları tapşırılıb. Könüllülər ardıcıl olaraq 5 gecə kompüter arxasında keçirdikdən sonra bir neçə günü isə qəzet, kitab, jurnal və s. şüadan uzaq məşğuliyyətlərə ayırıblar.

Alimlərin verdiyi rəyə görə, şüa insanların gözlərini qıcıqlandıraraq orada narahatlıq yaradır. Bu isə yuxu rejiminin pozulmasına, əsəblərin gərilməsinə gətirib çıxarır. Könüllülərin elektron cihazlarla keçirdikləri gün, digər günlərə nisbətən 30-40 dəqiqə daha gec yuxuya getdikləri bəlli olub.

Eyniz zamanda iştirakçılar smartfonlardan uzaq qaldıqları günün sabahı özlərini nisbətən daha gümrah hiss etdiklərini deyiblər.

Boulder Universitetindən olan bir qrup mütəxəssis isə bütün bu cihazların, şüanın insan orqanizminin fizioloji göstəricilərinə mənfi təsir etdiyini bildirib. Gec yatmaq vərdişi müəyyən zamandan sonra insanda əqli pozuntulara, psixi xəstəliklərə (şizofreniya) gətirib çıxara bilir. Tədqiqatçılar onu da qeyd edir ki, yuxu rejiminin pozulması orqanizmdə epifizin ən əsas hormonu olan melatonin hormonunun ifraz sürətini də zəiflədir. (publika.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Liftdə qalan 2 nəfər xilas edildi

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi