Tezliklə çox şanslı olacaq BÜRCLƏR
12 Aprel 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
668
30.12.2019, 11:07
Yaxın zamanlarda satın almaq məqsədi ilə kirayə mənzillərin təklif edilməsi gözlənilir.
oxu24.com Xəzər TV-yə istinadla xəbər verir ki, kirayə mənzillərə tələb yüksək olduğundan onların satışı ilə bağlı qərar verildikdən sonra vətəndaş müraciətlərinin sayı həddən artıq çox olacaq. İqtisatçı ekspert Vüqar Bayramovun sözlərinə görə, mənzillərin satılması qaydalarında elə şərtlər var ki, bu şərtlər bəzi vətəndaşlar üçün bir sıra çətinliklər yarada bilər. İqtisatçı ekspert bununla bağlı bəzi təkliflər verib.
Kirayə mənzilərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, xüsusilə aztəminatlı ailələr və qismən orta təbəqə üçün bir sıra çətinliklər yarada bilər. Məsələn, şərtlərdən birinə əsasən müraciətçilər kredit tarixçəsinə görə 3 yerə - kifayət, qənaətbəxş və mənfi qiymətləndirilən qruplara ayrılacaq.
Əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Qənaətbəxş o müraciətçilərdir ki, onların kredit tarixçəsi yoxdur. Eyni zamanda, müsbət və ya mənfi kredit tarxiçəsinə aid deyillər. O vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur.
İqtisatçı ekspert Vüqar Baramovun sözlərinə görə, 2015-ci ildə baş verən devalivasiyadan sonra vətəndaşların çoxunun kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat öhdəliklərinin artması əsas problem idi.
Problemli kreditlərə güzəştlər tətbiq olunmasından sonra sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan hesab edilmir. Gəlcəkdə bir sıra çətinliklərin yaranmaması üçün Vüqar Bayramlı müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilməsini təklif edir.
Digər Şərtlərə əsasən ödəmə qabiliyyəti müəyyənləşdirilən zaman vətəndaşlar 2 hissəyə - subay və ailəli qruplarına ayrılacaq və kredit tariçəsinə uyğun olaraq vətəndaşların ödəmə qabiliyyəti müəyyənləşdiriləcək.
Məsələn, əgər kredit tarixçəsi müsbətdirsə, ərizəçi subay olduğu halda onun xalis orta aylıq gəlirinin 50 %-i, evli olduqda isə xalis orta gəlirinin 70%-i nəzərə alınacaq. Xalis orta aylıq gəlir müəyyənləşdirilən zaman ailədə olan hər bir ailə üzvünün hesablanmış yaşayış minimumu müəyyənləşir və gəlirdən çıxıldıqdan sonra xalis gəlir müəyyən edilir. Ancaq aylıq xalis gəlir müəyyənləşdirilən zaman xərcin məbləgi kifayət qədər böyük olur.
Həmçinin oxuyun
Çətinlik yaradan məqamlardan biri də odur ki, kredit tarxiçəsi müsbət və mənfi qiymətləndirilən ərizəçilər evli olduqda onların xalis orta gəliri ilə bağlı müəyyənləşdirilmiş faiz eynidir. Yəni, hər iki qrupda xalis orta aylıq gəlirinin 70%-i əsas götürüləcək. Belə çıxır ki, ailəli vətəndaşlar üçün kredit tarxiçəsinin müsbət və ya mənfi olması heç bir əhəmiyyət daşımır.
Vüqar Bayramovun sözlərinə görə,başqa bir çətinlik isə məhkumluğu olan vətəndaşların müraciət edə bilməməsi ilə bağlıdır. Təklif edilir ki, bu məhdudiyyət tələbləri də aradan qaldırılsın.
16:47 / 12 Aprel 2026
8
16:14 / 12 Aprel 2026
543
16:05 / 12 Aprel 2026
42
16:04 / 12 Aprel 2026
41
15:11 / 12 Aprel 2026
59
14:58 / 12 Aprel 2026
434
14:54 / 12 Aprel 2026
58
14:24 / 12 Aprel 2026
74
14:21 / 12 Aprel 2026
78
13:54 / 12 Aprel 2026
1537
13:49 / 12 Aprel 2026
61
13:25 / 12 Aprel 2026
68
13:01 / 12 Aprel 2026
803
12:38 / 12 Aprel 2026
2104
12:33 / 12 Aprel 2026
77
12:18 / 12 Aprel 2026
541
12:12 / 12 Aprel 2026
69
12:00 / 12 Aprel 2026
81
11:50 / 12 Aprel 2026
71
11:30 / 12 Aprel 2026
871
11:06 / 12 Aprel 2026
83
10:59 / 12 Aprel 2026
170
10:25 / 12 Aprel 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.