Qaynar xətt:

(+99450) 247 90 86

Saçlarınız bu səbəbdən yağlanır

2018-05/1526323983_yaglis.jpg

MARAQLI

1442

14.05.2018, 22:52

\"\" Saçların həddən artlı yağlılığının səbəbləri müxtəlif ola bilər.
Oxu24.com axşam.az-a istinadən saç yağlanmasının bəzi səbəblərini təqdim edir: - İrsiyyət - Bu əsas səbəblərindən biridir. Əgər sizin yaxın qohumlarınızın əksəriyyətində saçlar çox yağlıdırsa, sizin də saçlarınız yağlı olacaq. Bu halda saçların artıq yağlılıqla mübarizə aparmaq çətindir, lakin mümkündür. - Hormonal pozulmalar - Bu da əsas səbəblərdən biridir. İstənilən hormonal pozulma saçların vəziyyətinə mənfi təsir edir. Bu səbəbdən əgər siz saçlarınızın həddən artıq yağlanmasını müşahidə edirsinizsə, endokrinoloqun müayinəsindən keçin. - Düzgün olmayan qidalanma - İnsan daim həddən artıq yağlı, şirin qidaları, un məmulatları qəbul edirsə, bu həm də onun saçların vəziyyətinə mənfi təsir edir. - Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu da saçların tez yağlanmasına səbəb olur. - Düzgün olmayan baxım saçların vəziyyətinə mənfi təsir edir - Ucuz şampunlar və digər vasitələr, saçların çox isti su ilə yuyulması, lak, geldən tez-tez istifadə edilməsi, fen və digər vasitələr saçların daha tez yağlanmasına səbəb olur. - Streslər - xüsusilə uzunsürən xroniki streslər, saçların daha tez yağlanmasına səbəb ola bilər. Günün təklif olunan videosu: https://www.youtube.com/watch?v=g1-RzuVv8ac