"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?
18 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
477
31.08.2026, 10:20
İsveçin cənubundakı Torekov şəhərində sakinlərin gündəlik həyatda xalatla gəzməsi turistlərin və şəhərə gələn qonaqların diqqətini çəkir.
Oxu24.com xəbər verir ki, təxminən 1000 nəfərin yaşadığı sahil şəhərində xalat yalnız dənizdən və ya hovuzdan sonra geyinilən bir vasitə hesab olunmur. Yerli sakinlər səhər saatlarında dənizə girdikdən sonra xalatlarını geyinərək gündəlik fəaliyyətlərini davam etdirirlər.
Torekov küçələrində insanların velosiped sürdüyünü, itlərini gəzdirdiyini, kafelərdə qəhvə içdiyini və hətta alış-veriş etdiyini xalatda görmək adi hal sayılır.
Bu ənənənin şəhərdə illərdir davam edən səhər dənizinə girmə ritualı ilə əlaqəli olduğu bildirilir. Sakinlər məşhur Morgonbryggan körpüsündən dənizə girdikdən sonra geyimlərini dəyişmək əvəzinə xalatlarını geyinərək gün ərzində işlərini davam etdirirlər.
Torekovda səhərlər xalat geyinmək daha çox yayılmış olsa da, günün istənilən vaxtında, hətta supermarketdə belə xalatla gəzmək normal qarşılanır.
Şəhərdə xalat seçimi də yalnız klassik ağ modellərlə məhdudlaşmır. Sakinlər müxtəlif rənglərdə və naxışlarda xalatlara üstünlük verir, görünüşlərini papaq və rahat sandallarla tamamlayırlar.
Beləliklə, Torekovda xalat sadəcə çimərlikdən sonra geyinilən geyim deyil, şəhərin gündəlik həyatının və özünəməxsus mədəniyyətinin bir hissəsinə çevrilib.
Mehin
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.