Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15285
az

Azərbaycanda ilanlar kütləvi şəkildə ölür -Evləri gəmiricilər basacaq

13:0305 İyul, 2019
1331
  • A
 
“Azərbaycanda ilanların sayının artması müşahidə olunmur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, Azərbaycanda təxminən 54 ilan növü var və onların təxminən 7-si zəhərlidir: “Hazırda kənd təsərrüfatında çox inkişaf gedir. Əvvəllər örüş kimi istifadə olunan ərazilər indi becərilir. Həmin becərilmiş ərazilərin canlıları da başqa yerlərə köçürlər. Ona görə insanlarda belə bir təsəvvür yaranır ki, ilanların sayı artır”.

E.Yusifov qeyd edib ki, zəhərli ilanlar əsasən Kür-Araz ovalığı, yarımsəhra və çöl ərazilərdə yayılırlar:

“İndi əkin sahələrində, fermer təsərrüfatlarında işlərin pik dövrüdür. Ona görə ehtiyatlı olmaq, təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. İlk olaraq, sahəyə gedərkən möhkəm rezin çəkmə geyinməli, şalvarın ətəyi mütləq çəkmənin içində olmalıdır. Bundan başqa çəpərlərdə olan çatları, xüsusən zirzəmilərə girişi bağlamaq lazımdır. İlanlar kölgəliyə və ya su ardınca gəlirlər. Yaxşı olardı ki, insanlar ekologiya idarələri, müxtəlif qurumlar tərəfindən məlumatlandırılsınlar. Bizə şikayət olunan ilanların təxminən 80-85%-i tam zəhərsiz ilanlardır”.

Direktorun sözlərinə görə, insanların bu sahədə maarifləndirilməsi kifayət  qədər olmadığından həmin ilanları müxtəlif fantastik adlarla adlandırır və onları məhv edirlər: “İlanları kütləvi məhv etmək böyük təhlükədir. İlanlar xırda gəmiricilərlə qidalanırlar. Onların belə kütləvi məhvi xırda gəmiricilərin sayının anormal sürətdə artmasına səbəb olacaq. Bu issə ilk növbədə dənli bitkilərə, tarlalara böyük ziyan vuracaq. Xırda gəmiricilər eyni zamanda təhlükəli xəstəliklərin daşıyıcılarıdırlar”.

E.Yusifov bildirib ki, hazırda gəmiricilərin sayında artım yoxdur. Direktor əlavə edib ki, Kür-Araz ovalığı, Ceyrançöl, Şirvan düzü, Abşerondan tutmuş yarımsəhra ərazilər hamısı zəhərli ilanların təbii məskənləridir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO