Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15251
az

Barmaqlar nədən xəbər verir?

18:0004 İyul, 2019
563
MARAQLI
  • A

 
Ana bətnində olan dölə həm qadın, həm də kişi hormonları təsir edir. Qadın orqanizmi az miqdarda olsa da kişi hormonlarını ifraz edir.

Ana bətnində olduğu zaman dölə kişi hormonu (testosteron) və ya qadın hormonları (estrogenlər) daha az və ya daha çox təsir edə bilər. Bu uşağın ana bətnində inkişafına, onun müxtəlif orqan və sistemlərinin formalaşmasına təsir edir. Uşaq doğulanda isə bu onun xasiyyətində və sağlamlığında özünü büruzə verir.

Araşdırmalar göstərib ki, ana bətnində olarkən testosteronun (kişi hormonu) təsiri daha çox olduqda doğulan körpədə şəhadət barmağı adsız barmaqdan daha qısa, estrogenlərin (qadın hormonları) təsiri daha çox olduqda şəhadət barmağı adsız barmaqdan daha uzun olur.

İndependent-in məlumatına görə, müxtəlif ölkələrdə aparılmış 200-dən artıq elmi araşdırma göstərib ki, barmaqların uzunluğu ilə bəzi xasiyyət və sağlamlıq göstəriciləri arasında əlaqə var.



Adsız barmaq şəhadət barmağından uzun olan insanlar (şəkildə A variantı) daha aqressiv olur, əksər hallarda öz məqsədlərinə çatır, daha çox pul qazanırlar. Uşaq vaxtı belə insanlar hiperaktiv olur və bu səbəbdən məktəbdə problemlərlə üzləşir. Lakin dəqiq elmlərdə (riyaziyyat, fizika və s.) onlar çox yaxşı nəticələr əldə edir. Bu qrup insanlar stressə daha davamlı olur, stress vəziyyətlərindən daha tez çıxır.

Adsız barmağı şəhadət barmağından qısa olan insanlar (şəkild b variantı) daha sülhsevər və sakit olur, konfliktlərdən qaçır, daha az pul qazanırlar. Bu insanlarda 1-ci qrup insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinə, depressiyalara daha tez-tez təsadüf edilir. Bu insanlar humanitar fənlərə (dillər, tarix və s.) daha çox meyil göstərir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış
Yuxuda hamilə qalmaq nəyə işarədir?
Əsnəmək niyə yaranır?

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək