"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts
19 Mart 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
961
18.01.2026, 21:58
Azərbaycanda orden və medalları geri alınan 10 şəxs kimlərdir?
Bəziləri çox yüksək vəzifələr tutub, hətta baş nazir belə olan var. Söhbət kimlərdən gedir?
Oxu24.com Azərbaycanda ordenləri geri alınan məmurlarla bağlı məlumatı təqdim edir:
Həmçinin oxuyun
10-cu yerdə Sabiq baş nazir Surət Hüseynov gəlir - Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilib.
Surət Hüseynov 1993-cü il iyununda baş nazir təyin olunub. 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı. Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edildi.
9-cu yer Sabiq səhiyyə naziri Əli İnsanov - Bir çox titulları, akademik fəxri adı geri alınıb.
2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilən sabiq səhiyyə naziri Əli İnsanovdan bir çox titulları, o cümlədən akademik fəxri adı geri alınıb.
8-ci yerdə Akif Çovdarov yer alır - General rütbəsi, digər orden və medallardan məhrum edilib.
2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən, 3 il sonra isə imzalanmış əfv sərəncamı ilə azadlığa çıxan Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib.
7-ci yer General-mayor Mövlam Şıxəliyev -
Ləğv edilmiş MTN Baş İstintaq İdarəsinin rəisi “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordendən, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda”, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları və digər təltiflərdən məhrum edilib.
6-cı yer General-mayor Nizami Məmmədov - Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, təltiflərdən məhrum edilib.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov da təltiflərdən məhrum edilənlər siyahısındadır.
5-ci yerdə Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov -
Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub.
4-cü yerdə Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov yer alır -
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov da təltifləri əlindən alan şəxslər arasındadır. O, “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
3-cü yer sabiq hissə komandiri Rasim Əkbərov -
Goranboy rayonundakı “N” saylı hərbi hissənin sabiq komandiri Rasim Əkbərov 2001-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunub və Milli Qəhrəman adından məhrum edilib.
2-ci yerdə General Nizami Şirinov gəlir -
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general rütbəsi, həmçinin orden və medalları alınıb.
və 1-ci yerdə son günlər ölkədə böyük səs-küyə səbəb olan, hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunan Ramiz Mehdiyev gəlir.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı son günlər ardıcıl şəkildə rəsmi siyahılardan silinir. O, artıq Təhlükəsizlik Şurasının üzvləri arasında yoxdur, Prezidentin saytındakı bioqrafiyası çıxarılıb.
Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib.
Azərbaycanda bundan əvvəl də nüfuzlu şəxslərin, sənət adamlarının dövlət mükafatlarından məhrum edildiyi hallar olub. Məsələn, yazıçı Əkrəm Əylisli bu aqibətlə üzləşən şəxslərdəndir. Onun “Daş Yuxular” romanı ictimai qınaq doğurdu, nəticədə Prezident tərəfindən verilən bütün mükafat və təltiflər ondan alındı.
Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.
Dövlət resurslarında aparılan dəyişikliklər göstərir ki, Mehdiyevin adının dövlət salnaməsindən çıxarılması mərhələsi başlayıb; o, təkcə vəzifəsindən deyil, həm də dövlət yaddaşından silinməkdədir. Çünki dövlətin verdiyi ən yüksək ordeni daşımağa sadəcə “keçmiş xidmətlər” bəs etmir.
Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrişili planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.
Mənbə: Yerin Qulağı kanalı
22:20 / 20 Mart 2026
1
21:59 / 20 Mart 2026
103
21:47 / 20 Mart 2026
35
21:39 / 20 Mart 2026
156
21:29 / 20 Mart 2026
218
21:22 / 20 Mart 2026
109
21:20 / 20 Mart 2026
731
21:09 / 20 Mart 2026
101
20:56 / 20 Mart 2026
907
20:56 / 20 Mart 2026
192
20:39 / 20 Mart 2026
1367
20:30 / 20 Mart 2026
61
20:21 / 20 Mart 2026
51
20:14 / 20 Mart 2026
148
20:12 / 20 Mart 2026
74
20:07 / 20 Mart 2026
87
20:04 / 20 Mart 2026
213
19:55 / 20 Mart 2026
60
19:54 / 20 Mart 2026
80
19:47 / 20 Mart 2026
79
19:40 / 20 Mart 2026
2347
19:26 / 20 Mart 2026
57
19:25 / 20 Mart 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.