Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
835
09.12.2025, 15:57
Bakıda adı daha çox tikiş fabriki ilə yadda qalan Vladimir VOLODARSKİ haqqında məlumat verəcəyik.
Oxu24.com xəbər verir ki, ssl ad-soyadı Moisey Markoviç Qoldşteyn olan V.Volodarski 1891-ci ildə Ukraynanın keçmiş Volın quberniyasında (indiki Xmelnitsk vilayəti) yəhudi ailəsində doğulub.
1905-ci ildə Rusiyada fəhlələrin inqilabi hərəkatına qoşulub, 1908-ci ildə qısa müddətə həbs edilib.
Azad ediləndən sonra yenidən siyasi fəaliyyətlə məşğul olub.
1911-ci ildə Arxangelskə sürgün edilib. Romanovların 300 illiyi münasibətilə 1913-cü ildə verilən amnistiyaya düşüb.
Uzun müddətli təqiblər onu ABŞ-yə mühacirət etməyə və Filadelfiyada məskunlaşmağa məcbur edib.
Orada Beynəlxalq Dərzilər İttifaqında və Sosialist Partiyasında fəallıq göstərib.Birinci Dünya Müharibəsi illərində menşeviklərin tərəfinə keçərək solçulara qoşulub.1916–1917-ci illərdə Nikolay Buxarinin redaktoru olduğu Rusiya Sosialist Federasiyasının Nyu-Yorkda nəşr olunan "Novıy mir" (“Yeni dünya”) qəzetində çalışıb. 1917-ci ilin mayında Rusiyaya qayıdıb, Petroqrad Şəhər Dumasına üzv seçilib.
V.Volodarski 1917-ci ildə bolşeviklərə qoşulur və tezliklə onların ən tanınmış natiqlərindən və təşviqatçılarından birinə çevrilir.
1917-ci ilin oktyabrında bolşeviklər Rusiya Müvəqqəti Hökumətini devirməyə cəhd etmək barədə mübahisə edərkən, Volodarski üsyanın əleyhinə olan Qriqori Zinovyev və Lev Kamenevin tərəfinə keçir.
1917-ci il Oktyabr İnqilabı zamanı Sovetlərin II Qurultayında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilir. Petroqradda "Qırmızı qəzet"in redaktoru və Şimal Kommunaları İttifaqı İcraiyyə Komitəsinin mətbuat şöbəsinin müdiri təyin edilir. Bu, ona geniş senzura səlahiyyətləri verir.
Tarixi mənbələrdə amansız bolşeviklərdən biri kimi vurğulanır. V.Volodarski 1918-ci il iyunun 20-də sui-qəsdə məruz qalır. Petroqradda Obuxovun fabrikində fəhlələrin üsyanını yatırmağa gedərkən Sosialist İnqilab Partiyasının üzvü Qriqori Semyonov tərəfindən öldürülür. O, Sankt-Peterburqda dəfn edilib.
V.İ.Lenin onu "inqilabın qurbanı" adlandırıb. Məhz bu səbəbdən də sovet ideologiyası 27 yaşında güllələnən bu şəxsi gənclərin mübarizə simvoluna çevirərək adını geniş şəkildə təbliğ edib...
Hazırladı: Tarixçi Namiq Həsənov
17:12 / 15 Noyabr 2026
5
17:09 / 15 Noyabr 2026
20
15:50 / 15 Noyabr 2026
65
15:25 / 15 Noyabr 2026
76
15:15 / 15 Noyabr 2026
87
14:47 / 15 Noyabr 2026
147
14:34 / 15 Noyabr 2026
285
14:25 / 15 Noyabr 2026
129
14:19 / 15 Noyabr 2026
104
14:02 / 15 Noyabr 2026
416
13:27 / 15 Noyabr 2026
316
12:55 / 15 Noyabr 2026
1569
12:36 / 15 Noyabr 2026
367
12:28 / 15 Noyabr 2026
160
12:11 / 15 Noyabr 2026
141
11:52 / 15 Noyabr 2026
216
11:43 / 15 Noyabr 2026
141
11:29 / 15 Noyabr 2026
160
11:20 / 15 Noyabr 2026
137
11:20 / 15 Noyabr 2026
146
11:10 / 15 Noyabr 2026
140
11:07 / 15 Noyabr 2026
889
10:50 / 15 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.