Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
11 Oktyabr 2026, 15:03
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
870
04.09.2025, 11:52
Natəvan xanımın kino karyerası gözlənildiyi kimi uzunmüddətli olmur. “On yeddi yaşlı oğlan” filmindən sonra aktrisa kino sahəsindən həmişəlik uzaqlaşmağı qərara alır. Amma kinodan uzaqlaşmazdan öncə o, 1993-cü ildə rejissor-aktyor Ceyhun Məmmədovun çəkdiyi “Fəryad” filmində rejissor assistenti olur:
Oxu24.com xatırladır ki, "Filmdə İsmayıl düşmənlərlə birlikdə özünü də məhv etmək üçün evi yandırmağa çalışır. Ancaq evdə qalan uşağın ağlamaq səsini eşidib dərhal yanğını söndürür. Həmin o uşağın rolunu mənim 1 yaş 8 aylıq olan oğlum Anar oynadı. Çəkilş zamanı o ağlamalı idi, amma yedizdirilib rahatladılan uşaq üçün bunu necə etmək olardı? Onda Ceyhun Mirzəyev kiçik bir hiyləyə əl atdı - uşaq mənim yanıma gəlmək istəyəndə ona qışqırdı: "Anaya gedə bilməzsən!". Oğlum ağlamağa başladı və bu kadr lentə alınıb filmə salındı. Sonra Ceyhun onu uzun müddət sakitləşdirdi, qucaqladı, öpdü, oxşadı, oynadı. O, çox yaxşı adam idi”.
Bir müddət sonra Natəvan xanım Bakı Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olaraq ali təhsil alır və memarlıq üzrə magistr dərəcəsinə yiyələnir.
Natəvanın həyatında idmanla da bağlı faktlar var. Memar olan Natəvan 90-cı illərin əvvəllərində Azərbaycanda populyar olan Şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olan Natəvan bu yöndə olan yarışlara qatılaraq, parlaq nəticələr əldə edib. O, kunq-fu üzrə Azərbyacan çempionatında iki il ard-arda ölkə çempionu olub.
Natəvan Məmmədova 90-cı illərin ortalarında ailə həyatı quraraq həyat yoldaşı və azyaşlı oğlu ilə birgə Azərbaycanı tərk edərək İsrailə köçür. Hal-hazırda İsrailin Netayna şəhərində yaşayan Natəvan Məmmədova birgə yola çıxdığı həyat yoldaşından orada ayrılır. Əri başqası ilə evlənsə də, o, ikinci dəfə ailə həyatı qurmur.
55 yaşlı aktrisa İsraildə nə kino sahəsində, nə də ixtisası üzrə memar işləmir. Onun sözlərinə görə hələ Bakıda Kunq-fu Federasiyasında məşqçi olduğu müddətdə masaj etmənin sirlərini öyrənməyi İsraildə köməyinə çatıb. Belə ki, orada masaj kursu keçən azərbaycanlı xanım hazırda həm kineziologiya ilə, həm də kosmetologiya ilə məşğuldur.
Ətraflı TV11-in materialında...
00:30 / 14 Oktyabr 2026
654
00:28 / 14 Oktyabr 2026
764
00:11 / 14 Oktyabr 2026
448
00:09 / 14 Oktyabr 2026
127
23:55 / 13 Oktyabr 2026
346
23:55 / 13 Oktyabr 2026
125
23:55 / 13 Oktyabr 2026
147
23:54 / 13 Oktyabr 2026
139
23:43 / 13 Oktyabr 2026
127
23:41 / 13 Oktyabr 2026
167
23:33 / 13 Oktyabr 2026
110
23:24 / 13 Oktyabr 2026
606
23:15 / 13 Oktyabr 2026
180
23:02 / 13 Oktyabr 2026
316
22:57 / 13 Oktyabr 2026
133
22:49 / 13 Oktyabr 2026
271
22:47 / 13 Oktyabr 2026
150
22:43 / 13 Oktyabr 2026
120
22:25 / 13 Oktyabr 2026
903
22:19 / 13 Oktyabr 2026
542
22:18 / 13 Oktyabr 2026
106
22:10 / 13 Oktyabr 2026
439
22:02 / 13 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.