Yay mövsümündə ölkə xaricində istirahət edən azərbaycanlıların sayında artım müşahidə ediləcək.
Bu barədə Oxu24.com-a Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib. O deyib ki, bu mövsüm azərbaycanlı turistlər əsasən Türkiyə və Monteneqro istiqmaətində səfərlərə üstünlük verəcəklər.
"Bu, həmin istiqmaətdə birbaşa uçuşların olması ilə bağlıdır. Həmçinin Türkiyəyə yenidən maraq artıb. Bunu təkcə ölkə vətəndaşlarımız deyil, həmçinin rusiyalı və Avropanın digər ölkələrindən olan turistlərin sayında da müşahidə edəcəyik. Artıq yay istirahəti ilə bağlı rezervasiyalar öncədən edilir. Sifarişlər normadan artıqdır. Yayda istirahətini xaricdə keçirəcək turistlərə məsləhət edirəm ki, indidən səfərlərini planlaşdırsınlar”, - deyə AzTA sədri qeyd edib.
N.Bağırovun sözlərinə görə, azərbaycanlılar istirahət etmək üçün Türkiyə və Monteneqro ilə yanaşı Gürcüstan, BƏƏ və digər Avropa ölkələrinə də səfərlər planlaşdırırlar.
Oxu24.com
ŞƏRHLƏR