Hamının "Neftçilər Kruqu" kimi tanıdığı yer əslində görün, necə adlanırmış
14 May 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
827
13.04.2024, 19:37
İnsan orqanizmi elə yaradılıb ki, özü-özünü yeniləyə bilir.
Məsələn, başqasına qan verəndə insan 3,5 trilyon həcmində qırmızı qan hüceyrəsini itirsə də, bədən sürətlə özünü yeniləyir. Hətta bəzi həyati orqanlar olmadan da yaşamaq mümkündür.
Dalaq
Dalaq qarın bölgəsinin sol tərəfində, qabırğaların altından arxaya doğru uzanan orqandır. Qabırğalara yaxın yerləşdiyi üçün qarın travmasına məruz qalma ehtimalı yüksəkdir. Odur ki, yaralanma nəticəsində ən çox çıxarılan orqan dalaqdır.
Onu əhatə edən təbəqə zədə aldığı təqdirdə asanlıqla daxili qanaxmaya səbəb ola bilər, vaxtında diaqnoz qoyulub müalicə edilməzsə, bu daxili qanaxma ölümə səbəb ola bilər.
Mədə
Mədə xərçəng olarsa və ya zədə alarsa, əməliyyatla çıxarıla bilir. Mədə çıxarıldığı zaman cərrahlar yemək borusunu birbaşa nazik bağırsağa birləşdirir.
Bundan sonra qidalanmaya xüsusi diqqət yetirməli və mütəmadi olaraq vitamin qəbul edilməlidir.
Çoxalma orqanları (cinsiyyət üzvləri)
Kişi çoxalma orqanları testis, qadın çoxalma orqanları isə yumurtalıq adlanır. Bu orqanlar cüt halda olur. Bu orqanlardan biri kişilərdə çıxarılarsa, uşaq sahibi ola bilirlər.
Xüsusilə kişilərdə şiddət, idman, yol qəzaları, yaxud xərçəng xəstəliyi nəticəsində çoxalma orqanlarının biri və ya ikisi birdən əməliyyatla çıxarıla bilər.
Qadınlarda isə uşaqlığın (döl yatağı) çıxarılması mümkündür. Lakin bu əməliyyatdan sonra qadınlar uşaq sahibi olmaq şansını itirir, həmçinin menstruasiyanı dayandırır.
Araşdırmalar göstərir ki, yumurtalıqlarını çıxaran qadınların ömrü azalmır, həyati riskləri də yoxdur.
Ən maraqlısı odur ki, iki testisi əməliyyatla çıxalıran kişilərin orta ömür müddəti artır.
Bağırsaq (kolon)
Xərçəng və ya digər xəstəliklər bağırsağın bir qisminin və ya hamısının çıxarılmasına səbəb ola bilər. Əməliyyat tualet vərdişlərində bir dəyişikliyə yol açsa da, insanlar öz həyatına davam edir.
Müalicə prosesinin ilkin mərhələsində yumşaq qidalarla bəslənmək təklif olunur.
Öd kisəsi
Öd kisəsi qarnın döş qəfəsinə yaxın, sağ tərəfdə qara ciyərin altında yerləşir. Öd qara ciyər tərəfindən istehsal olunur və yağların həzminə kömək edir, ancaq həzm üçün ehtiyac edilmədiyi hallarda öd kisəsində toplanır. Qida 12 barmaq bağırsağına daxil olduqda öd kisəsi sıxılır və ödu bağırsağa ifraz edir.
Müxtəlif səbəblərə görə (düzgün olmayan qidalanma, qida qəbulları arası uzun məsafələr, qadınlarada hormonla dəyişikliklər və s.) öd kisəsində daşlar əmələ gələ bilər ki, bu öd kisəsinin fəaliyyətini pozur və getdikcə öd kisəsi ümumiyyətlə fəaliyyətdən qalır. Bu hal baş verdikdə öd kisəsinin çıxarılması lazımdır. Bununla belə insanlar normal həyatına davam edir.
Appendiks
Appendiks qalın və nazik bağırsağın birləşməsində yerləşən kiçik, kor uclu soxulcana bənzər quruluşdadır.
Tək tərəfli olduğu üçün bağırsağa aid tullantı maddələri içəri daxil olanda appendiksdə iltihab yaranır. Bu hal appendisit adlanır. Appendisit zamanı appendiks çıxarılır. Appendiksi çıxarılan insanlar həyatlarında heç bir fərq hiss etməzlər.
Böyrəklər
Normal olaraq bütün insanların iki böyrəyi olur, amma bir böyrəklə də həyatda qalmaq mümkündür.
Adenoidlər və badamcıqlar
Bu orqanlar orqanizmdə çox mühür rol oynayır, orqanizmi infeksiya və mikroblardan qoruyur. Lakin bəzən bu orqanların özlərində xroniki iltihab yaranır ki, artıq onlar öz qoruyucu funksiyanı itirir və infeksiya mənbəyinə çevrilir. Bu vəziyyətdə adenoid və badamcıqlar xaric olunur. Bu orqanların xaric olunması insanın ümumi sağlamlığına ciddi ziyzn vurmur.
02:40 / 18 May 2026
31
02:18 / 18 May 2026
80
02:05 / 18 May 2026
111
01:43 / 18 May 2026
98
01:36 / 18 May 2026
209
01:33 / 18 May 2026
57
01:19 / 18 May 2026
121
01:17 / 18 May 2026
58
01:14 / 18 May 2026
58
19:32 / 17 May 2026
102
19:27 / 17 May 2026
129
19:12 / 17 May 2026
1965
19:02 / 17 May 2026
100
19:00 / 17 May 2026
97
18:43 / 17 May 2026
519
18:41 / 17 May 2026
95
18:39 / 17 May 2026
93
18:37 / 17 May 2026
94
18:35 / 17 May 2026
113
17:32 / 17 May 2026
234
17:28 / 17 May 2026
100
17:27 / 17 May 2026
99
17:25 / 17 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.