Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV

Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV

MARAQLI

836

24.03.2024, 21:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının tərkibindəki “Yamal” və “Azov” iri desant gəmilərini vurub.

OXU24.COM  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinə bağlı “StratCom” portalı məlumat yayıb.

“Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal olunmuş Sevastopolda “Yamal” və “Azov” iri desant gəmilərini, rabitə mərkəzini, həmçinin Rusiya Qara Dəniz Donanmasının bir sıra infrastruktur obyektlərini uğurla vurub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, “Yamal” Layihə 775-in böyük desant gəmisidir. O, 1988-ci ildə istismara verilib. Bu layihənin gəmiləri Rusiya amfibiya donanmasının əsasını təşkil edir və sahilə amfibiya enişi, həmçinin dəniz yolu ilə qoşunların və yüklərin daşınması üçün nəzərdə tutulub.

KİV-də dərc olunan məlumatlara görə, 2014-cü ildə Krımın işğalı zamanı “Yamal”dan da istifadə olunub.

“Azov” isə Layihə 775M-in böyük desant gəmisidir və 1990-cı ildə donanmaya daxil olub. “Azov” Rusiya Qara Dəniz Donanmasının 197-ci desant gəmiləri briqadasının tərkibindədir.