Qaynar xətt:

(+99450) 247 90 86

WhatsApp-da daha bir yenilik hazırlanır

WhatsApp-da daha bir yenilik hazırlanır

MARAQLI

707

23.03.2024, 22:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

WhatsApp tərtibatçıları messencer daxilində axtarışa Ask Meta adlı daxili süni intellektə malik çat botunu inteqrasiya etmək niyyətindədirlər.

 

WABetaInfo portalı xəbər verir ki, neyron şəbəkə artıq Android tətbiqinin beta versiyasında görünüb.

 

Mənbənin məlumatına görə, Android üçün WhatsApp-ın 2.24.7.14 nömrəli beta versiyasının istifadəçiləri messencerin daxilindəki axtarış paneli interfeysində quraşdırılmış Ask Meta AI çatbotuna daxil olmaq imkanı aşkar ediblər. Beləliklə, istifadəçilər onları maraqlandıran sualları birbaşa axtarış panelində verə bilərlər ki, bu da süni intellektdən istifadəni bir qədər asanlaşdırır.

Bundan əlavə, tərtibatçılar axtarış panelinə istifadəçilərə kömək edəcək və AI-ni aktivləşdirəcək bir neçə ipucu əlavə edəcəklər. Suallarını və ya əmrlərini axtarış panelinə daxil etməklə istifadəçilər neyron şəbəkə ilə tez bir zamanda söhbətə başlaya bilərlər.

 

Hələlik süni intellektə əsaslanan chatbotdan yalnız bəzi WhatsApp testçiləri istifadə edə bilər.

 

Xidmətin bütün istifadəçilər üçün nə vaxt işləyəcəyi məlum deyil. 

 

WhatsApp əvvəllər şəkillərin redaktə edilməsi üçün neyron şəbəkəsini işə salmışdı.

 

Nigar