Qaynar xətt:

(+99450) 247 90 86

Orxan Məmmədlinin məktubu üzə çıxdı - Hər şeyi orada yazıbmış...

Orxan Məmmədlinin məktubu üzə çıxdı - Hər şeyi orada yazıbmış...

CƏMİYYƏT

343

17.10.2023, 11:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədlinin intiharı ilə bağlı bəzi məqamlar bəlli olub.

OXU24.COM  xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Orxan Məmmədlinin borc səbəbindən intihar etdiyi iddia olunur.

Belə ki, o, intihar etməmişdən öncə məktub yazıb. Məktubda kimə nə qədər borcu olduğunu qeyd edib.

"Haqqınızı halal edin, mən bu dünyadan gedirəm. Ölümümdə heç kəsi günahlandırmayın", - məktubda qeyd olunub.

Əldə etdiyimiz məlumata görə, son vaxtlar daha çox ofisdə vaxt keçirir, evə getmirmiş. Dünən heç bir işçisi işə getməyib. O.Məmmədli özünü ofisdə asıb.

Qeyd edək, mərhum Orxan Məmmədli Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur. Mərhumun iki azyaşlı övladı var.