TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
562
02.04.2020, 16:04
Koronavirus pandemiyası dövründə ictimai nəqliyyatda yoluxma riski daha böyükdür. Bu səbəbdən hökumət metronun fəaliyyətini dayandırıb, digər ictimai nəqliyyat növlərinin hərəkəti isə məhdudlaşdırılıb.
Lakin bu gün faəliyyəti dayandırılmayan dövlət və özəl təşkilatlar var. Həmin təşkilatların əməkdaşları bir çox hallarda ictimai nəqliyyatdan istifadə edir. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da hesab edir ki, bu, çox təhlükəlidir.
“Xüsusi karantin rejimində fəaliyyəti dayandırılmayan dövlət və özəl təşkilatların əməkdaşlarının işə gedib-gəlmək üçün 4 variant var.
Birinci variant şəxsi avtmobildən istifadə edərək işə gedib-gəlməkdir. Bu kifayət qədər yaxşı variantdır. Çünki şəxsi avtomobildə qorunmaq daha asandır. Lakin bəllidir ki, hamının avtomobili yoxdur.
İkinci variant işə piyada gedib-gəlməkdir. Bu variant isə yalnız iş yerləri evlərinə yaxın vətəndaşlar üçün keçərlidir.
Həmçinin oxuyun
Üçüncü variant ictimai nəqliyyatdan istifadə edərək işə gedib-gəlməkdir. Şəxsən mən bu variant təhlükəli hesab edirəm. Çünki ictimai nəqliyyatda ən müxtəlif səbəblərdən virusa yoluxma riski daha böyükdür.
Nəhayət, dördüncü və hələ ki, geniş tətbiq edilməyən variant fəaliyyəti dayandırılmayan təşkilatlar üçün avtobus servislərinin ayrılmasıdır. Hesab edirəm ki, bu ən gözəl variantdır və bunu tətbiq etmək mümkündür. Bunu dövlət də edə bilər. Yaxud imkanı olan özəl təşkilatlar müvəqqəti olaraq avtobus kirayələyə bilər. Hər halda həyat və sağlamlıq üçün bu adımı atmaq olar”, - deyə ekspert bildirib.
Yenisabah.az məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) ilə də əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Operativ Qərargahın qərarına uyğun şəkildə şəhərdaxili və rayondaxili marşrut xətlərinin hərəkətinə məhdudiyyət qoyulmadığı üçün, xüsusi avtobusların cəlb edilməsinə lüzum görülmür.
“Məhz avtobusun salonunda yoluxma riskini azaltmaq üçün də xüsusi tələblər hazırlanıb - ara məsafəsinin qorunması, sərnişinlərin zəruri səbəblərinin yoxlanılması kimi. Və bu da dediyiniz riski minimuma endirmək üçündür. Respublikada hər qurumdan məhdud sayda işçinin işə çıxmasına dair göstəriş var. Hər qurumdan məhdud sayda işçini daşımaq üçün avtobuslar əlavə olunsa, üstəlik də digər müntəzəm marşrut xətləri də eyni zamanda fəaliyyət göstərsə kifayət qədər xaotik və arzuolunmaz vəziyyət yaranar. Bütün hallarda Qərargahın verəcəyi qərarlara uyğun hərəkət edəcəyik”, - deyə Nuridə Allahyarova əlavə edib.
16:03 / 04 May 2026
9
16:00 / 04 May 2026
14
15:49 / 04 May 2026
50
15:43 / 04 May 2026
28
15:39 / 04 May 2026
31
15:38 / 04 May 2026
31
15:29 / 04 May 2026
291
15:23 / 04 May 2026
32
15:19 / 04 May 2026
32
15:09 / 04 May 2026
47
15:05 / 04 May 2026
144
14:43 / 04 May 2026
613
14:02 / 04 May 2026
61
13:45 / 04 May 2026
58
13:43 / 04 May 2026
58
12:46 / 04 May 2026
60
12:25 / 04 May 2026
57
11:55 / 04 May 2026
60
11:55 / 04 May 2026
78
11:55 / 04 May 2026
74
11:49 / 04 May 2026
56
11:41 / 04 May 2026
61
11:35 / 04 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.