TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1275
22.02.2025, 17:42
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "Smart Business Qroup" şirkətinin direktoru, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş Xəlilov Anar Tapdıq oğlu azadlığa buraxılıb.
OXU24.COM məlumat verir ki, qərar hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Belə ki, Anar Xəlilov 5 vətəndaşa qarşı dələduzluq edərək onlardan övladlarını xaricdə təhsil almaq adı ilə ümumilikdə 97845 manat pullarını elə keçirmişdi. A.Xəlilov zərərçəkənlərin hamısı ilə barışıq əldə edib dövlətə dəymiş ziyanın 50 faizini (48923 manat) ödəsə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10.12.2024-cü il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev isə Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsini rəhbər tutaraq Anar Xəlilovu cinayət məsuliyyətindən azad edib və cinayət işinə xitam verib.
Qeyd edək ki, Anar Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən heç kimə qarşı dələduzluq etmədiyini, sadəcə pandemiya ilə əlaqədar sərhədlər bağlandığından tələbələri xaricə göndərə bilmədiyini əsas gətirmişdi:
"Telekanalların bir çoxunda bu şirkətin rəhbəri kimi çıxışlar etmişəm. Bu da mənim şirkətin həqiqi rəhbəri olmağıma sübutdur. Bütün müqavilələr otağımda çəkiliş kamerasının vasitəsilə çəkilib. Xəzər TV-də müsahibəm var ki, bizdə əvvəldən ödəniş olmayıb. Tələbə ali məktəbə qəbul olandan sonra ödəniş olunub, əvvəldən ödəniş olunmayıb. Tələbələri necə yola salmağıma gəlincə, qan analizi alınıb, tibbi müayinədən keçiblər.
Dələduzluq niyyətim olubsa, nəyə görə müqavilə bağlamışam? Onlara bütün proseduru izah eləmişəm. Hər bir qrupu yola salmadan valideyinlərlə görüş keçirmişəm. Pandemiya başlamasına görə sərhədlər bağlandı. Tələbələrin dərsləri xaricdən onlayn keçirildi. Bu distant təhsilə isə bizim tələbələr hazır deyildi".

13:55 / 25 Avqust 2026
33
13:47 / 25 Avqust 2026
34
13:30 / 25 Avqust 2026
48
13:15 / 25 Avqust 2026
57
12:59 / 25 Avqust 2026
69
12:40 / 25 Avqust 2026
68
12:30 / 25 Avqust 2026
230
12:25 / 25 Avqust 2026
76
12:24 / 25 Avqust 2026
72
12:15 / 25 Avqust 2026
72
12:07 / 25 Avqust 2026
392
12:03 / 25 Avqust 2026
56
11:52 / 25 Avqust 2026
92
11:31 / 25 Avqust 2026
72
11:31 / 25 Avqust 2026
324
11:30 / 25 Avqust 2026
72
11:26 / 25 Avqust 2026
72
11:17 / 25 Avqust 2026
323
11:13 / 25 Avqust 2026
69
11:03 / 25 Avqust 2026
63
10:54 / 25 Avqust 2026
72
10:41 / 25 Avqust 2026
65
10:34 / 25 Avqust 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.