TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
958
14.02.2025, 22:12
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Küveyt Dövlətinin Xarici İşlər Nazirliyi arasında fevralın 13-də siyasi məsləhətləşmələrin 1-ci raundu keçirilib.
OXU24.COM xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Küveyt tərəfindən isə xarici işlər nazirinin müavini Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm, təhsil, humanitar və digər sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı (COP) çərçivəsində qarşılıqlı əlaqələndirmə və əməkdaşlıq yüksək qiymətləndirilib.
Həmçinin oxuyun
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
Səfər zamanı Yalçın Rəfiyev Küveyt Dövlətinin ticarət və sənaye naziri Xəlifə əl-Əcil və Küveyt Birbaşa İnvestisiya Təşviqi Qurumunun Baş Direktoru Şeyx Dr. Məşəl Cabir əl-Əhməd əl-Sabah ilə görüşüb. Görüşdə cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan və Küveyt arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasına hazırlıq, eləcə də qarşılıqlı ticarət missiyalarının və biznes forumların təşkil edilməsi məsələləri müzakirə edilib.
Həmçinin nazir müavini Küveytə səfəri çərçivəsində Körfəz və Ərəbistan Yarımadası Araşdırmaları Mərkəzini (Center for the Gulf and Arabian Peninsula Studies) ziyarət edib və Mərkəzin idarə heyətinin üzvü səfir Əbdüləziz Əbdüllətif əl-Şarix ilə birlikdə Mərkəzin rəhbər və tədqiqatçı heyətinə Azərbaycanın xarici siyasəti və regional mövzulara dair geniş təqdimat edib. Nazir müavini Azərbaycan-Küveyt əməkdaşlığının gələcək inkişaf perspektivlərindən bəhs edərək, ölkəmizin xarici siyasət prioritetləri, regional və qlobal məsələlərə dair baxışları, eləcə də Ermənistan-Azərbaycan post-münaqişə dövrü normallaşma prosesi və işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə dinləyiciləri məlumatlandırıb.
Nazir müavini, eyni zamanda Küveyt Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsil şəraiti ilə maraqlanıb.
00:41 / 28 Avqust 2025
Xəzər dənizi üçün ciddi təhlükə: Tədbir görülməlidir
1
22:08 / 27 Avqust 2025
Aİ Moldovaya 1,9 milyard avro ayıracaq
34
21:56 / 27 Avqust 2025
Aİ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər
35
21:44 / 27 Avqust 2025
SON DƏQİQƏ! Bu ölkənin hava limanı ballistik raketlə VURULDU
1443
21:42 / 27 Avqust 2025
Zelenski Kiyev nümayəndələri ilə ABŞ arasında danışıqlara dair hesabatı təsdiqləyib
34
21:32 / 27 Avqust 2025
Rusiyada benzin ixracına tam qadağa
36
21:31 / 27 Avqust 2025
Türkiyənin müdafiə şirkətinin top menecerləri həbs edilib
36
21:08 / 27 Avqust 2025
Bu rayonlarda qaz olmayacaq
274
21:05 / 27 Avqust 2025
Zelenski ABŞ-a yeni səfir təyin edib
45
21:03 / 27 Avqust 2025
ABŞ Şimali Koreyanın fırıldaqçılıq planında iştirak etdiyi iddia edilən şəxslərə qarşı sanksiyalar tətbiq edir
42
21:00 / 27 Avqust 2025
Fransa və Almaniya liderləri Moldovanın Avropaya inteqrasiyasını dəstəklədiklərini bir daha təsdiqləyirlər
46
15:56 / 27 Avqust 2025
Hollandiya ukraynalı kişiləri vətənlərinə deportasiya etməyə çağırıb
81
15:33 / 27 Avqust 2025
613 balla Universitetə daxil oldu,diplomunu almadan ŞƏHİD OLDU
458
15:26 / 27 Avqust 2025
Xi Jinping Çin ordusu generallarının təmizlənməsinə başlayır
85
15:23 / 27 Avqust 2025
Azərbaycanda kino çəkilişi FACİƏ ilə bitdi - Ölən və yaralı var - FOTO
732
15:14 / 27 Avqust 2025
“AZINCLOUD” ilə bulud xidmətləri 24/7 əlçatandır
89
15:10 / 27 Avqust 2025
"Həmin şəxs ağzına parça tutub, uşağın atasına zəng edir ki, “30 min dollar göndər, övladını geri qaytaraq”” - VİDEO
232
14:46 / 27 Avqust 2025
Qatıq satıb ailəsini dolandıran uşaq tapdığı qızılları polisə verdi
678
14:32 / 27 Avqust 2025
Balıqçılara ŞAD XƏBƏR
94
13:51 / 27 Avqust 2025
Nəvəsini öldürdü, meyitinə ətir vurub 10 gün çarpayının altında gizlətdi - ŞOK CİNAYƏT
1296
13:50 / 27 Avqust 2025
Prezident vurulan AZAL təyyarəsi ilə bağlı BÖYÜK SİRRİ AÇDI: “Qəzadan 2 həftə əvvəl Rusiyada...” (VİDEO)
954
13:48 / 27 Avqust 2025
Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi
230
13:45 / 27 Avqust 2025
Məkan sahibi Acun Ilıcalı türk turistləri qovub
96
13:35 / 27 Avqust 2025
Onun kimisi yoxdur: 92 yaşlı rekordçu
93
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.