TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
967
10.02.2025, 21:57
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Vardanyan və digərlərinin əməlləri nəticəsində Azərbaycana 20 milyard manatdan artıq maddi ziyan vurulub.
OXU24.COM xəbər verir ki, bu barədə Dövlət ittihamçısı Vüsal Abdullayev Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın məhkəməsində deyib.
Qeyd edib ki, işğal nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal edilərək uzun illər ərzində işğal altında saxlanılıb. Bununla da xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 min 168 əmlak üzrə 19 milyard manatdan artıq, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr, muzeylər, tarixi binalar və qalalar üzrə 906 milyon manatdan artıq olmaqla, ümumilikdə 20 milyard manatdan artıq maddi ziyan vurulub.
Ermənistan dövlətinin, onun silahlı qüvvələrinın və qanunsuz silahlı birləşmələrin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının Xankəndi şəhəri, Kəlbəcər, Şuşa, Laçın, Xocalı, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının tam, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun 7 kəndi - Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri, Ağdam, Füzuli rayonlarının rayon mərkəzləri və bir sıra kəndləri, Tərtər rayonunun bir sıra kəndləri yandırılmaqla, artilleriya qurğularından atəşlər açıb partladılmaqla, müxtəlif fiziki üsullarla qismən və tamamilə dağıdılmaqla, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməklə, talan edilməklə və digər üsullarla işğal edilib.



















23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.