TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
885
05.02.2025, 22:59
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ilə bağlı Ali Məhkəmənin qərarı məlum olub.
OXU24.COM məlumat verir ki, Ali Məhkəmə işin yenidən apellyasiya instansiyasında araşdırılması ilə bağlı qərar qəbul edib. Abel Məhərrəmovu məhkəməyə verən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun vəkili Anar Qasımlı xəbəri təsdiqləyib.
Vəkil bildirib ki, birinci və apellyasiya instansiyaları işə ədalətli yanaşmamışdı. Bu baxımdan, Ali Məhkəmənin qərarı təqdirəlayiqdir:
"Kassasiya şikayətində apellyasiya instansiyasının qərarının ləğv edilərək, Nazim Əmirovun xeyrinə qərar qəbul edilməsi istənilirdi. Lakin Ali Məhkəmə şikayəti qismən təmin edərək, işi təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxardı. Bu halda belə, qərarı müəyyən mənada ədalətli hesab etmək mümkündür. Ümid edirəm ki, apellyasiya instansiyasında təkrar baxış zamanı da ədalətli qərar çıxarılacaq".
İşin detallarına gəlincə, iddiaya görə, Abel Məhərrəmov Altıağaca qəsəbəsində Nazim Əmirova məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirib. Keçmiş rektor həmin ərazidə özünə dəbdəbəli villa tikib. Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub.
Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.
23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.