TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
706
02.02.2025, 13:37
Pul qazanmaq üçün Türkiyədən şokolad gətirən şəxsin başına iş gəlib. Həm malını itirib, həm də iki dəfə dələduzluğun qurbanı olub.
OXU24.COM xəbər verir ki, Vidadi.M Türkiyədən 70 min manatlıq şokolad sifariş verib. Mal Bakıya çatanda Qida Təhlükəsizliyi Agentliyindən sertifikat almaq məsələsində problemi yaranıb. Əvvəlcə bir gömrük əməkdaşı ondan bu məsələni həll etmək üçün pul alıb. Amma uzun müddət keçsə də problemi həll etməyərək onu aldadıb.
Bu problemlə üzləşən Vidadi tanışı 46 yaşlı Raminlə məsləhətləşib. Raminlə birlikdə polisə gedərək həmin gömrük əməkdaşından şikayət ediblər. Gömrük əməkdaşı cəzalandırılıb. Bundan sonra Ramin özü Vidadiyə qarşı dələduzluq edib.
Ramin Xarici Kəşfiyyat Xidmətində Katibliyin rəisi vəzifəsində çalışdığını, rütbəsinin kapitan olduğunu deyərək bu məsələni həll edəcəyini bildirib. Bu məqsədlə ondan 8600 manat pul alıb.
Ramin əslində Nəsimi rayonu ərazisində kirayə götürdüyü mağazada çap xidmətləri ilə məşğul olurmuş. Özünün dediyinə görə 2020-2023-cü ilə qədər də “Ulu Zirvə” agentliyində baş redaktorun müavini işləyib.
İstintaqla müəyyən edilib ki, Ramin “İpək yolu” gömrük postunda saxlanılan məhsulları çıxarmaq üçün heç bir iş görməyib.
Bu vədlə Vidadiyə əvvəlcə gömrük xidmətində çalışan bir nəfərin nömrəsini verib. Lazımi sənədləri əldə etməsini təşkil edib. Lakin sonradan müxtəlif vədlərlə onu aldadıb. Aldığı pulu da şəxsi ehtiyaclarına xərcləyib.
Zərərçəkmiş Vidadi pul qazanmaq istədiyi işdən külli miqdarda ziyanla çıxıb. Çünki uzun müddət keçdiyi üçün onun gömrükdə olan məhsullarının son istifadə müddəti bitib.
Ramin ifadəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, hadisə vaxtı xəstəlikdən əziyyət çəkdiyini bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.
Vidadi 8600 manat zərərin tam ödənilməsinə baxmayaraq şikayətçi olub. Buna səbəb isə gömrükdə mallarının məhv olmasıdır. Çünki malların son istifadə müddəti keçdiyi üçün məhv edilib. Vidadi məhkəmədən ona dəymiş 70 min manat ziyanın da Ramindən tutulmasını istəyib. Məhkəmə isə bildirib ki, zərərçəkmiş şəxs bunun üçün mülki iddia qaldırmalıdır.
Məhkəmə Ramini dələduzluq ittihamı ilə cəzalandırıb. Onun barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
13:33 / 26 Avqust 2026
1
13:15 / 26 Avqust 2026
23
12:55 / 26 Avqust 2026
46
12:35 / 26 Avqust 2026
53
12:21 / 26 Avqust 2026
57
12:14 / 26 Avqust 2026
54
12:09 / 26 Avqust 2026
62
12:05 / 26 Avqust 2026
58
12:01 / 26 Avqust 2026
235
11:59 / 26 Avqust 2026
63
11:45 / 26 Avqust 2026
58
11:27 / 26 Avqust 2026
73
11:25 / 26 Avqust 2026
67
11:20 / 26 Avqust 2026
64
11:18 / 26 Avqust 2026
436
11:09 / 26 Avqust 2026
65
11:05 / 26 Avqust 2026
193
10:51 / 26 Avqust 2026
89
10:49 / 26 Avqust 2026
63
10:34 / 26 Avqust 2026
71
10:15 / 26 Avqust 2026
63
10:07 / 26 Avqust 2026
67
09:47 / 26 Avqust 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.