TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
336
24.05.2024, 20:59
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok arasında telefon danışığı aparılıb.
XİN-dən OXU24.COM -a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.
Alma-Ata şəhərində 10-11 may tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ümumilikdə, sülh prosesi çərçivəsində fikir ayrılıqları olan məsələlər nəzərdən keçirilib, danışıqların davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Son zamanlar Azərbaycanla-Ermənistan arasında baş tutan razılaşmalar və etimad quruculuğu tədbirləri, xüsusilə də delimitasiya komissiyaları tərəfindən əldə edilmiş razılığa əsasən Azərbaycana məxsus 4 kəndin geri qaytarılması və sərhəddin bir hissəsinin delimitasiya olunması sülh prosesi çərçivəsində əhəmiyyətli tədbirlər kimi qeyd edilib.
Telefon danışığı zamanı, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində “Petersberq İqlim Dialoqu” formatında Azərbaycan və Almaniya həmsədrliyi ilə tədbirin əhəmiyyəti vurğulanıb, bundan sonra da iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlığın vacib olduğu qeyd edilib.
Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
23:56 / 23 Oktyabr 2026
60
23:54 / 23 Oktyabr 2026
58
23:51 / 23 Oktyabr 2026
59
23:48 / 23 Oktyabr 2026
53
23:44 / 23 Oktyabr 2026
63
23:30 / 23 Oktyabr 2026
67
23:23 / 23 Oktyabr 2026
70
23:19 / 23 Oktyabr 2026
67
23:13 / 23 Oktyabr 2026
71
23:08 / 23 Oktyabr 2026
72
22:58 / 23 Oktyabr 2026
69
22:44 / 23 Oktyabr 2026
77
22:35 / 23 Oktyabr 2026
77
22:24 / 23 Oktyabr 2026
78
22:10 / 23 Oktyabr 2026
86
21:59 / 23 Oktyabr 2026
77
21:39 / 23 Oktyabr 2026
86
21:36 / 23 Oktyabr 2026
84
21:20 / 23 Oktyabr 2026
73
21:17 / 23 Oktyabr 2026
86
20:52 / 23 Oktyabr 2026
84
20:43 / 23 Oktyabr 2026
85
20:33 / 23 Oktyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.