Qaynar xətt:

(+99450) 247 90 86

Xətaidəki yanğın söndürüldü

Xətaidəki yanğın söndürüldü

CƏMİYYƏT

280

19.05.2024, 15:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və qarşısına yığılan taxta tullantıları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən OXU24.COM -a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı üçmərtəbəli fərdi yaşayış evinin 3-cü mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın səbəbilə Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.