TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
399
11.05.2024, 16:59
"İspasiba qonşi!" Bu ifadə çoxlarına tanışdır. Bir vaxtlar balaca oğlan rus dili dərsində "spokoynoy noçi" ("gecəniz xeyrə") əvəzinə bunu deyirdi. Video internetdə sürətlə yayıldı və "İspasiba qonşi" nitqimizə o qədər daxil oldu ki, hətta redaksiyada da ondan mütəmadi istifadə edirik. Bu hal o qədər tez-tez təkrarlandı ki, videonun qəhrəmanını tapmaq və onun rus dilini öyrənməkdə irəliləyiş olub-olmadığını öyrənmək qərarına gəldik.
Sahib Həşimovun bu gün 11 yaşı var, beşinci sinif şagirdidir və Göyçay şəhərində yaşayır.
Milli.Az xəbər verir ki, uşağın anası Nuranə Həşimovanın Oxu.Az-ın əməkdaşına verdiyi məlumata görə, kadrlar Sahibin dörd yaşı olanda lentə alınıb.
"Həmin vaxt müəllim mənə bu videonu göndərdi ki, tələffüz üzərində işləyək. "Spokoynoy noçi" istisna olmaqla, bütün digər sözləri düzgün deyə bilirdi. Video mənə o qədər şirin və gülməli göründü ki, onu sosial şəbəkələrdə yayımladım. Bir çox insan bu videonu paylaşdı, o, hansısa səhifəyə düşdü və sonra virus kimi yayıldı. Sahibi küçədə tanımağa başladılar, indi də tanıyırlar. Hətta o vaxt saçlarını da kəsdirdim ki, insanlar uşağı görəndə tanıyıb "İspasiba qonşi!" deməsinlər.
Bizə təklif etdilər ki, səhifə açıb daha da populyarlaşdıraq, amma mən bunun əleyhinə idim. Videoda mənfi rəylər gördüyüm və buna görə üzüldüyüm üçün mediaya şərh verməkdən imtina etdim. Baxmayaraq ki, yoldaşım müsahibənin əleyhinə deyildi", - deyə o bildirib.
Nuranə Həşimova əlavə edib ki, Sahibin gülməli dediyi sözlər çox olub.
"Mən həmişə istəyirdim ki, uşaqlar rus dilini bilsinlər. Böyük oğlum indi səkkizinci sinifdə oxuyur, rus dilini əla bilir. Sahib dildə çətinlik çəkirdi, amma indi hər şey daha yaxşıdır", - deyə həmsöhbətimiz bildirib.
Anasının dediyinə görə, Sahib çox şən uşaq olub, indi də zarafat və ya məzəli parodiyalarla ailəsini daim güldürür. Oğlanın gələcəkdə aktyor olmaq istədiyini etiraf edib.
Bu xoşxasiyyətli qadın və onun şən oğlu ilə ünsiyyətdə olanda, təqribən dörd il əvvəl ailənin ağır itkiyə məruz qaldığına inanmaq çətin idi. Belə ki, koronavirus 2020-ci ilin sonunda Sahibin atası Vüqar Həşimovun, ondan 5-10 gün əvvəl isə Vüqarın valideynlərinin həyatına son qoyub.
.jpg)
.jpg)
00:00 / 14 Sentyabr 2026
35
23:54 / 13 Sentyabr 2026
113
23:53 / 13 Sentyabr 2026
50
23:50 / 13 Sentyabr 2026
67
23:11 / 13 Sentyabr 2026
586
23:08 / 13 Sentyabr 2026
1229
22:51 / 13 Sentyabr 2026
169
22:45 / 13 Sentyabr 2026
84
22:34 / 13 Sentyabr 2026
79
22:31 / 13 Sentyabr 2026
2321
22:23 / 13 Sentyabr 2026
112
22:20 / 13 Sentyabr 2026
1785
22:17 / 13 Sentyabr 2026
59
22:05 / 13 Sentyabr 2026
103
22:03 / 13 Sentyabr 2026
58
21:58 / 13 Sentyabr 2026
77
21:46 / 13 Sentyabr 2026
200
21:42 / 13 Sentyabr 2026
76
21:11 / 13 Sentyabr 2026
262
20:54 / 13 Sentyabr 2026
90
20:45 / 13 Sentyabr 2026
1039
20:41 / 13 Sentyabr 2026
99
20:36 / 13 Sentyabr 2026
374
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.