Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda hamilə qadın üçəmini itirdi

Azərbaycanda hamilə qadın üçəmini itirdi

CƏMİYYƏT

497

23.03.2024, 17:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Göyçay Rayon Mərkəzi Xəstəxanasında üçəmə hamilə olan qadın vaxtından əvvəl doğuş edib.

OXU24.COM  xəbər verir ki, 22-23 həftəlik hamilə olan Ayşən Məhərəmova (Ad, soyad şərti) mart ayının 21-də vaxtından əvvəl doğuş üçün Zərdab Rayon Mərkəzi Xəstəxanasına gedib. Daha sonra göndəriş əsasında Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ana A.Məhərəmova sağ qalsa da, döllər vaxtından əvvəl ölü doğulub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.