Qaynar xətt:

(+99450) 247 90 86

Goranboyda iki nəfər dalaşdı, biri öldü

Goranboyda iki nəfər dalaşdı, biri öldü

KRİMİNAL

521

30.10.2023, 16:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Goranboyda qətl törədilib.

Daxili İşlər Nazirliyinin-Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub.

Dərhal Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb.

M. Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.