Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
27 Sentyabr 2026, 14:53
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
572
26.10.2023, 11:53
Dünən saat 08:50 radələrində Kürdəmirdə ağır yol qəzası baş verib.
“OXU24.COM ” xəbər verir ki, Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü ilə yanaşı həyat yoldaşı İbrahimova Səbinə Vaqif qızı və oğlu 13 yaşlı İbrahimli Ayxan müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən 1947-ci il təvəllüdlü Ağdam rayon sakini Rəhimova Məlahət Əli qızı isə vəfat edib.
“OXU24.COM ”nun əldə etdiyi məlumata görə, qəzaya düşənlər bir ailənin üzvləridir. Sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada şəhidin nənəsi vəfat edib. Atası, anası və qardaşı isə xəsarət alıb.
Sürücü Zülfüqar İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır.
Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin xatirəsinə həsr edilmiş filmin təqdimatı olmuşdu. Şəhid, kiçik çavuş İsrafil Zülfüqar oğlu İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. 26 oktyabr 2020-ci ildə Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
İsrafil İbrahimov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.



20:30 / 27 Sentyabr 2026
20
20:06 / 27 Sentyabr 2026
147
19:57 / 27 Sentyabr 2026
38
19:46 / 27 Sentyabr 2026
92
19:40 / 27 Sentyabr 2026
245
19:37 / 27 Sentyabr 2026
47
19:36 / 27 Sentyabr 2026
51
19:05 / 27 Sentyabr 2026
47
18:44 / 27 Sentyabr 2026
62
18:25 / 27 Sentyabr 2026
62
17:14 / 27 Sentyabr 2026
65
17:08 / 27 Sentyabr 2026
65
16:51 / 27 Sentyabr 2026
68
16:45 / 27 Sentyabr 2026
67
16:39 / 27 Sentyabr 2026
137
16:36 / 27 Sentyabr 2026
83
16:27 / 27 Sentyabr 2026
76
16:14 / 27 Sentyabr 2026
71
15:59 / 27 Sentyabr 2026
75
15:48 / 27 Sentyabr 2026
83
15:42 / 27 Sentyabr 2026
834
15:30 / 27 Sentyabr 2026
66
15:15 / 27 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.