Keçmiş həyat yoldaşını və onunla münasibətdə olduğunu iddia etdiyi şəxsi bıçaqlayıb.
OXU24.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərzurumda boşandığı həyat yoldaşı Kübra K.-ni 14 yerindən bıçaqlayan 2 uşaq atası Bilgehan Gültəkin və münasibətdə olduğunu iddia etdiyi Osman B.Y.-n 8-dəfə bıçaqla qətlə yetirib.
Qonşuların xəbəri üzərinə əraziyə tibbi yardım və polis qrupları sövq edilib. Kübra K. və Osman B.Y. təcili yardımla Ərzurum Şəhər Xəstəxanasına aparılıb. Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən hadisə yerinə 500 metr uzaqlıqda Bilgehan Gültekin yaralı olaraq tapılıb. Atatürk Universiteti Araşdırma Xəstəxanasında müalicə alan Bilgehan Gültekin saxlanılaraq polis bölməsinə aparılıb.
Ağır yaralanan və xəstəxanada müalicə alan Kübra K. və Osman B.Y.-nin həyati təhlükəsinin olmadığı öyrənilib.
Polis əməliyyatları tamamlanan Bilgehan Gültəkin məhkəmə tərəfindən həbs edilib.
ŞƏRHLƏR