Qaynar xətt:

(+99450) 247 90 86

Özünü iki azyaşlı övladı ilə binadan atan qadınla bağlı QƏRAR

Özünü iki azyaşlı övladı ilə binadan atan qadınla bağlı QƏRAR

KRİMİNAL

474

16.10.2023, 17:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakı Ağır Cinayətlərə Məhkəməsində Yasamal rayonunda iki azyaşlı qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atan 26 yaşlı Aytən Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
OXU24.COM  News24.az-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A. Abbasovanın hadisəni törədərkən anlaqsız olduğu qənaətinə və o cəzadan azad edilib və onun barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilib.
 
Xatırladaq ki, A. Abbasova  iki azyaşlı qızı ilə birlikdə özünü Yasamal rayonunda yaşadığı binanın 5-ci mərtəbəsindən yerə atıb. Nəticədə üç yaşlı uşaq ölüb, ana və digər qızı isə xəstəxanaya yerləşdiriliblər.
 
A.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 29 120.2.4 ( xüsusi amansızlıqla adam öldürməyə cəhd) və digər maddələrlə yekun ittiham verilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.