Qaynar xətt:

(+99450) 247 90 86

Mingəçevirdə batan şəxsin axtarışına təyyarə göndərildi – Video

Mingəçevirdə batan şəxsin axtarışına təyyarə göndərildi – Video

KRİMİNAL

465

16.10.2023, 14:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məlumat verildiyi kimi, 11 oktyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bununla yanaşı, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub.