Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8371
az

İki gənci avtomobildə güllələyən şəxsin adı məlum oldu - SON DƏQİQƏ!

17:0528 Dekabr, 2018
1466
KRİMİNAL
  • A
 Dekabrın 27-də axşam Bakının Keşlə qəsəbəsində “Hyundai” markalı avtomobilə atəş açaraq bir nəfəri öldürən, digərini yaralayan şübhəlinin kimliyi barədə məlumat var.

“Sputnik” hüquq-mühafizə orqanlarına istinadən bildirir ki, həmin şəxs 34 yaşlı İsmayılov Zaur Zülfüqar oğludur. İsmayılov hələlik tutulmayıb, əməliyyatçılar onun yaxalanması üçün iş aparır.

Məlumata görə həmin şəxs avtomobildəkilərə AK-74 avtomatından atəş açıb.

Xatırladaq ki, kriminal “hesablaşma” zəminində baş verdiyi bildirilən hadisə zamanı ölən şəxs 27 yaşlı, əvvəllər məhkum olunmuş Babayev Tural Rəhim oğlu, yaralanan isə 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğludur. Onlar kirayə götürülmüş avtomobildə olublar. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

 


Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü