Tərtər rayonunda azyaşlı qızına təcavüz etməkdə təqsirli bilinən Elnur Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu24.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 17-nə təyin edilib.
İttihama görə, ötən ilin sonlarında Tərtər rayonunun Evoğlu kəndinin sakini Elnur Şirinov 14 yaşlı qızı Samirəyə (ad və soyad şərti verilib - red.) təcavüz edib.
Atası tərəfindən dəfələrlə təcavüzə məruz qalan 14 yaşlı qız hamilə qalıb. Samirənin hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətlərində basdırılıb.
Araşdırma zamanı məlum olub ki, Elnur Şirinov 14 yaşlı qızı ilə 5 ilə yaxındır intim əlaqədə olub.
Bütün bu baş verənlərdən sonradan Elnur Şirinovun həyat yoldaşı xəbər tutub. O, qızının hamiləliyinin sonlandırılmasını həyata keçirib. Amma ərindən hüquq-mühafizə orqanlarına şikayət etmək əvəzinə ailənin digər üzvlərini bu barədə heç kimə deməmək barədə tənbeh edib. Məqsəd kənd içində biabır olmamaq olub.
Qeyd edək ki, Elnur Şirinovun 6 azyaşlı qızı var.
İstintaqın gəldiyi nəticəyə görə, 6 qız övladından sonra Elnur Şirinovun həyat yoldaşı 7-ci dəfə hamilə qalıb.
Elnur Şirinov arvadını döyüb və həmin uşaq ana bətnində ölüb. Bu hadisədən sonra Elnur Şirinovun barəsində hüquq-mühafizə orqanlarına şikayət olunub.
Araşdırma aparılan zaman Elnur Şirinovun əvvəlki dəhşətli cinayətinin də üstü açılıb.
İstintaq orqanı tərəfindən Elnur Şirinovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır xəsarət yetirmə) və 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddələri ilə ittiham elan edilib. (publika.az) Oxu24.com
ŞƏRHLƏR