Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda əməliyyat:30 nəfər tutuldu

Azərbaycanda əməliyyat:30 nəfər tutuldu

KRİMİNAL

820

13.12.2018, 10:19

\"\" Daxili İşlər Nazirliyi ötən gün qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 13-ü \"isti izlər\"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 36 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.