Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda metroda dava olub

KRİMİNAL

640

12.12.2018, 22:05

\"\" Bakı Metropoliteninin stansiyasında dava olub. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun “Gənclik” stansiyasının platformasında, saat 18:30 radələrində baş verib: “Stansiyada iki sərnişin arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Metropoliten işçiləri hadisəyə müdaxilə edib”. B.Məmmədov əlavə edib ki, hadisə ilə bağlı dava edən sərnişinlərlə söhbət aparılıb: “Hadisə zamanı ictimai asayiş pozulmayıb, kriminogen durum yaşanmayıb. Sərnişinlər bir-biri ilə barışdırıcı mövqe tutduğu üçün polis tərəfləri barışdıraraq yola salıb”.