Bu gün Binəqədi Rayon Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Oxu24.com Report-a istinadən xəbər verir ki, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə O.Nadirova şərti cəza verilib və o, məhkəmə zalında azadlığa buraxılıb.
Həmçinin məhkəmə O.Nadirovun 1000 manat məbləğində cərimə olunması barədə qərar çıxarıb.
Qeyd edək ki, ittiham aktına əsasən, O.Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib. O, bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb. Lakin O.Nadirov verdiyi vədə əməl etməyib. Oxu24.com
ŞƏRHLƏR